Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Putin Paşinyana sərt cavab verdi - SSRİ-nin bərpasına çağırış…- VİDEO


Belarus, Qazaxıstan, Rusiya və Ermənistanın daxil olduğu Avrasiya İqtisadi Birliyinin video konfrans yolu ilə keçirilən növbəti toplantısında Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri arasında sərt dialoq olub.
Yenixeber.org: Ermənistanın “Hraparak” qəzetinə istinadən bildiririk ki, toplantında Nikol Paşinyan Rusiyanın Birlik ölkələrinə satdığı təbii qazın qiymətindən danışıb.

Paşinyan bildirib ki, Rusiyanın Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrə təbii qazı fərqli qiymətlərə satması ayrıseçkilikdir. Ermənistanın baş naziri deyib ki, qlobal iqtisadi çağırışlar şəraitində ortaq qaz bazarının sürətli formalaşmasına ehtiyac bu gün xüsusilə aktualdır: “Bunsuz birliyin bütün üzvlərinin iqtisadi fəaliyyət üçün ədalətli rəqabəti təmin etməsi mümkün deyil. Bu sahədə səlahiyyətləri olan bir təşkilat tərəfindən qaz nəqliyyatı və tranzit xidmətləri üçün ümumi tariflər təsdiqlənməlidir. Birliyimiz addım-addım bu hədəfə çatmaq üçün səy göstərməlidir”.
Paşinyanın bu açıqlmasında Rusiya prezidenti sərt cavab verib. Vladimir Putin bildirib ki, Ermənistan və Belarusiyalı dostlarımızın qaz nəqli və tranzit xidmətləri üçün təklif etdiyi ortaq tarifə gəldikdə, düşünürük ki, müştərək tarif yalnız vahid bazar, vahid büdcə və vahid vergi sistemi olduqda işləyə bilər: “Avrasiya İqtisadi Birliyində hələ belə dərin inteqrasiya yoxdur. Buna qədər "qazın qiyməti bazar konyunkturasına əsaslanacaq". 
Ermənistan mətbuatı Putinin “vahid bazar, vahid büdcə və vahid vergi sistemi” ilə bağlı açıqlmasını  SSRİ-nin bərpasına çağırış kimi dəyərləndirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam