Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Lavrovdan Çavuşoğluna dolayı cavablar

 

          Qarabağ məsələsi ilə bağlı Rusiya ilə Azərbaycan-Türkiyə tandemi arasında ziddiyyətlər artır

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağ problemi ilə bağlı sualları da cavablandırıb. Nazir bir neçə vacib məsələyə dair Moskvanın mövqeyinə aydınlıq gətirib:

– Dağlıq Qarabağın statusu;

– Ermənistan rəsmilərinin Xankəndinə səfərləri;

– Sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycandan və Türkiyədən eşidilən iradlar;

– Hərbi əsirlərin dəyişdirilməsi. 

Əvvəlcə onu qeyd edək ki, Lavrovun sözləri daha çox ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun söylədiklərinə cavab idi. Xatırladaq ki, Çavuşoğlu Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmasını vacib hesab edib: “Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə məsələsində roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmiləri İlə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik”.

Sergey Lavrov isə mətbuat konfransı boyu bir dəfə də olsun, bütün Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deməyib. Əvəzində “Rusiya sülhməramlılarının məsuliyyət zonası” ifadəsini işlətməyə üstünlük verib. Xatırladaq ki, Rusiya prezidenti bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycana aid olduğunu söyləmişdi.

Lavrovun münasibət bildirdiyi məsələlərin hamısı Azərbaycanda ciddi suallar doğurur. Status məsələsinə toxunan nazir xatırladıb ki, Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb: “Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı bölgədir. Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. Ona görə də, Yerevan və Bakının mövqeləri nəzərə alınaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib. İndi statrus mövzusunu prioritet kimi irəli sürmək üçün heç də uyğun zaman deyil, o, gələcəyə qalır”,– deyə nazir vurğulayıb.

Nazir əmin edib ki, sülhməramlılar həm azərbaycanlı, həm də erməni tərəfinin maraqlarını təmin edəcək: “Statusa sonra qayıtmaq lazım gələcək. Əsas məsələ odur ki, bölgədə bizim bərpa etməli olduğumuz mehriban qonşuluq əsasında sonradan statusla bağlı Azərbaycan və Ermənistan arasında konkret, sakit, hüquqi müzakirələr olsun”.

Rusiya XİN rəhbəri dolayısı ilə Azərbaycanın Ermənistan rəsmilərinin Xankəndinə səfər etməsinə qarşı çıxmasının 10 noyabr bəyanatına zidd olduğunu dilə gətirib:

“Bütün razılaşmalarda, hər şeydən öncə 10 noyabr bəyanatında, Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi vasitəsilə Ermənistanla Dağlıq Qarabağ arasında əlaqənin təmin olunacağı əksini tapıb. Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Bu, azərbaycanlı qonşularımız da daxil olmaqla, bütün tərəflərin razılığının predmetidir. Bəyanatda Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də, bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.

Lavrovun bu mövqeyi rəsmi Bakının mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Xatırladaq ki, prezident İlham Əliyev və Azərbaycan XİN İrəvan rəsmilərinə səfərlərin dayandırılması ilə bağlı açıq xəbərdarlıq edib. Qeyd olunub ki, Xankəndinə bütün səfərlər Azərbaycanla razılaşdırılmalıdır, əks halda, ciddi tədbirlər görüləcək. Lavrovun istinad etdiyi 10 noyabr razılaşmasında Ermənistanın rəsmi şəxslərinin Xankəndinə maneəsiz səfərləri ilə bağlı hər hansı bənd yoxdur. Sadəcə, Laçın dəhlizinin Dağlıq Qarabağla Ermənistan arasında kommunikasiya vasitəsi olduğu qeyd olunub. Aydındır ki, Bakının razılığı olmadan Ermənistan rəhbərlərinin və istənilən digər şəxslərin Xankəndinə səfərlər etməsi Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır. M. Çavuşoğlu da bu məsələnin üzərində xüsusi dayanaraq qeyd edib ki, bölgəyə girş-çıxış, dövlət sərhədlərinə nəzarət bilavasitə Azərbaycanın hüququdur, sülhməramlılar bu işi həyata keçirə bilməzlər. Rusiyalı nazir isə buna haqq qazandırmaqla bölgənin Azərbaycanın yurisdiksiyasına aidiyyətini inkar etmiş olur. Bunu da Rusiyanın Türkiyəyə və Azərbaycana cavabı kimi qiymətləndirmək olar.

Lavrov ümumi şəkildə bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur. Amma o, əlavə izahat verməyib. Yalnız onu qeyd edib ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır. Yəni bu məsələdə üç tərəf var, Türkiyə qarışa bilməz və Çavuşoğlunun şərtləri Moskva üçün qəbuledilməzdir. Beləliklə, Rusiya Türkiyənin Azərbaycanın maraqlarını müdafiə etməsini qıcıqla qarşılayır və onu bölgədəki proseslərdən mümkün qədər kənar tutmağa çalışır.

Hərbi əsirlərin qaytarılması ilə bağlı Lavrovun dedikləri də rəsmi Bakının mövqeyi ilə ziddiyyət təşkil edir. Nazir açıq şəkildə nəzərə çatdırıb ki, 10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq Azərbaycan 62 erməni hərbçisini geri qaytarmalıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Xocavənddə saxlanılan silahlılar hərbi əsir sayıla bilməz. Çünki onlar müharibə bitdikdən sonra Azərbaycan Ordusunun mövqelərinə hücum ediblər. Onlar terrorçu və diversantdır, fəaliyyətlərinə uyğun olaraq da  məsuliyyətə cəlb olunublar. Müharibədən sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə əsirlərin mübadiləsi həyata keçirilib. Azərbaycan 50-yə qədər hərbi əsiri qaytarıb, Ermənistan isə 14  nəfəri təhvil verib. Yəni Bakı 10 noyabr razılaşmasında üzərində düşən öhdəliyi yerinə yetirib.

Yekun olaraq qeyd edək ki, Qarabağ məsələsi ilə bağlı Rusiya və Azərbaycan-Türkiyə tandemi arasında ziddiyyətlər artır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam