Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Qarabağ zəfərini həzm edə bilməyən rus general:“Turan qurulur, biz isə kənardan seyr edirik”

 

 

 

                                  “Məsələ təkcə Qarabağla bitməyəcək”

Türkiyə üçün Qarabağ məsələsində ən mühüm olan dəhliz məsələsidir – Azərbaycanla Türkiyəni bir-biri ilə əlaqələndirmək və daha sonra Orta Asiyaya çıxmaq üçün. Türkiyənin Cənubi Qafqazdakı varlığı onlar üçün geosiyasi layihənin strateji əhəmiyyət daşıyan məsələsidir”

Yenixeber.org: Türkiyənin Krım, Azərbaycan və türkdilli respublikalarla bağlı siyasətini təlaşla kənardan seyr elədiklərini söyləyən Leonid İvaşov deyib: “Türkiyə aşkar şəkildə, böyük Turan layihəsinə doğru irəliləyir. Biz isə kənardan seyr edirik. Rusiya getdikcə asılı vəziyyətə düşəcək”.

“Türkiyə üçün Qarabağ məsələsində ən mühüm olan dəhliz məsələsidir – Azərbaycanla Türkiyəni bir-biri ilə əlaqələndirmək və daha sonra Orta Asiyaya çıxmaq üçün. Türkiyənin Cənubi Qafqazdakı varlığı onlar üçün geosiyasi layihənin strateji əhəmiyyət daşıyan məsələsidir”.

Şanxay Əməkdaşlıq Təşkilatının ideya atası kimi tanınan general-polkovnik Leonid İvaşov geosiyasət, konfliktologiya, beynəlxalq münasibətlər, hərbi tarix sahələrində mütəxəssisdir. Geosiyasi Problemlər Akademiyasının Prezidentidir. Moskva Dövlət Beynəlxalq Menasibətlər İnstitutunun beynəlxalq jurnalistika kafedrasının professoru, tarix elmləri doktorudur.

                                   “Krım Osmanlı dövlətinin ərazisi olub”

O, “Roy TV” internet kanalına müsahibəsində  deyib: “Türkiyə rəsmi səviyyədə Zelenski hökuməti ilə Novorossiya və Krım problemi barəsində danışıq aparır. Üstəlik Türkiyə Krım barəsində neytral danışır, onun Rusiyaya məxsus olduğunu tanımır, eyni zamanda Krımı Ukraynaya qaytarmağı da vəd eləmir. Yəni, öz oyununu oynayır”.

İvaşovun iddiasına görə, Türkiyənin rəsmi sənədlərində Krımın Osmanlı imperiyasının keçmiş ərazisi olduğu yazılıb. İstefada olan general-polkovnik deyib: “Beləliklə görürük ki, məsələ təkcə Qarabağla bitməyəcək. Mərkəzi Asiyaya doğru irəliləyiş və orada üçüncü dərəcəli məmurların göstərdiyi fəallıq və s. ilə davam edir”.

İvaşov qeyd edib ki, Türkiyə Ukrayna ilə dövlət səviyyəsində həm Krım, həm də Donbas məsələlərində əməkdaşlıq edir: “Türkiyə Krımda öz oyununu oynayır. Rəsmi səviyyədə Zelenski hökuməti ilə Krım məsələsi ilə bağlı müzakirələr aparırlar. Dövlət səviyyəsində də Ukrayna ilə əməkdaşlıq edirlər. Qarabağda uğurlu şəkildə fəalliyyət göstərmiş dronların ilin axırına qədər Ukraynaya da göndərilməsinə dair bir çox məlumatlar var”.

                                   “Çavuşoğlu bizim sahələrimizə müqavilələr imzalayır”

İvaşov deyib: “Türkiyənin Xarici İşlər naziri Qazaxıstana səfəri zamanı Böyük Turanın birləşmiş ordusunun qurulmalı olduğunu söyləyir, Qazaxıstanın Xarici İşlər naziri də bunu rədd eləmir. Biz isə susuruq. Bir neçə gün keçir və onlar bizim məsuliyyət sahəmizdə olan Özbəkistanlar hərbi-strateji razılaşma imzalayırlar. Bunlar göstərir ki: Türkiyə açıq şəkildə Böyük Turan layihəsinə doğru irəliləyir. Və Rusiya bir müddət sonra asılı hala düşəcək. Hətta artıq bu gündən belədir”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam