Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NATO ölkəsi Azərbaycanın döyüş taktikası üçün HƏRƏKƏTƏ KEÇDİ: -Bundan sonra…

Dağlıq Qarabağda döyüş əməliyyatlarından dərs çıxarılmalıdır.

Yenixeber.org: Bu sözləri Polşa Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Qrzeqorz Trzeczak deyib.

Əvvəllər pilotsuz təyyarələrin də daxil olduğu bir eskadrona komandanlıq edən mayor bildirib ki, Qarabağdakı döyüşlərdə ən fərqli amil müharibənin gedişatını təyin edən pilotsuz uçuş aparatlarının istifadəsidir.

O, Qarabağ əməliyyatlarında müharibənin üçüncü səviyyəyə keçdiyini bundan dərs çıxarmaq lazım olduğunu söyləyib: “Doktrinaları və qaydaları dəyişdirməyi düşünməliyik. Hərbçilərin görünməz bir düşmənə qarşı döyüşməyə hazır olub-olmadığını anlamalıyıq”.

Mayor ayrıca müasir döyüşlərdə pilotsuz təyyarələrin təkcə zərbə və ya kəşfiyyat vasitəsi kimi deyil, düşmənin hava hücumundan müdafiəsini “yemləmək” vasitəsi – hava hücumundan müdafiə vasitələrinin yerlərini müəyyənləşdirmək üçün də istifadə edilə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, artıq gün keçdikcə daha çox ölkə aviasiya komponentlərini gücləndirmək üçün müxtəlif tipli pilotsuz təyyarələr almağı düşünür. (publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam