Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pentaqon -Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir

Pentaqon Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir
ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başlayıb.
Yenixeber.org: Bu haqda “Breaking Defense” nəşri yazır. Bildirilir ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir.

Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC) yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir. Army Futures Command ABŞ ordusunun modernizasiyasına, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən strukturdur və 2018-ci ildə yaradılıb.

General deyib ki, Dağlıq Qarabağda Azərbaycan ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə kamikadze-dronlardan kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan Ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin. Və ola bilsin gələcəkdə Çin və ya Rusiya ordusu da ABŞ-a qarşı müharibədə buna bənzər taktikadan istifadə edəcək. Ona görə də ABŞ ordusu indidən bu cür regional münaqişələrin təcrübəsini öyrənməlidir. (Virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam