Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın pilotsuz uçuş aparatı - Krımda kəşfiyyat aparıb

ABŞ-ın pilotsuz uçuş aparatı Krımda kəşfiyyat aparıb
ABŞ-ın strateji pilotsuz uçuş aparatı (PUA) Krım yarımadasında kəşfiyyat aparıb.
Yenixeber.org: Bu barədə PlaneRadar monitorinq resurs mərkəzi məlumat yayıb.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RQ-4B-40 Qlobal Hawk Sicilya adasındakı NATO bazasından qalxaraq Donbassdakı demarkasiya xəttində monitorinq uçuşu edib, sonra Rusiyanın Qara dəniz sahilləri boyunca kəşfiyyat uçuşuna başlayıb.

Məlumata görə, xarici PUA-lar mütəmadi olaraq Rusiyanın sərhədləri yaxınlığında kəşfiyyata cəlb olunur. Onlar tez-tez Krımda, Krasnodar diyarında, Baltik dənizi üzərində və Suriyadakı Rusiya bazaları yaxınlığında görünür.

Rusiya Müdafiə Nazirliyi dəfələrlə ABŞ komandanlığını bu cür kəşfiyyat əməliyyatlarını dayandırmağa çağırıb, lakin Pentaqon bundan imtina edib. RQ-4 Global Hawk tipli ilk pilotsuz aparat döyüş tapşırıqlarının icrasına 2006-cı ilin martından başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam