Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

“Paşinyanın fikirlərində həqiqət var“ -Azərbaycanlı politoloq

“Paşinyanın fikirlərində həqiqət var“  - Azərbaycanlı politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı məğlubiyyətə görə ölkənin keçmiş prezidentlərini günahlandırmağa başlayıb. Paşinyan belə bir rəy yaratmağa çalışır ki, özündən əvvəlki dövlət başçıları fərsiz olduqları üçün Ermənistan İkinci Qarabağ Müharibəsindən məğlub ayrıldı.

Yenixeber.org: Maraqlıdır, Paşinyan günahı keçmiş dövlət başçılarının üstünə yıxmaqla məsuliyyətdən xilas ola biləcək?

Məsələ ilə bağlı siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Paşinyan bu məsələdə qismən də olsa, haqlıdır:

“Çünki Azərbaycan ərazilərinin işğalı prosesi Ermənistanın keçmiş prezidentləri tərəfindən həyata keçirilib. Həmçinin Qarabağdakı separatçı hərəkətin dəstəklənməsi və azərbaycanlıların etnik təmizləməyə məruz qalması da onların zamanında baş verib. Yəni prinsip etibarilə bu, o mənanı verir ki, əgər zamanında həmin cinayətlər törədilməsə və işğal prosesi baş verməsəydi, bu gün Ermənistan acı məğlubiyyətlə üz-üzə qalıb böyük itkilər verməzdi. Bu itkilər özünü təkcə insan ölümündə deyil, həm də iqtisadiyyata və ölkənin hərbi potensialına dəyən ziyanda biruzə verir. Fakt faktlığında qalır, ona görə də bu məsələdə Paşinyanın fikirlərində həqiqət var”.

Prosesin sonrakı mərhələsinə gəldikdə isə ekspert qeyd edib ki, əgər Ermənistan Azərbaycana, o cümlədən digər qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış etməsəydi və mütəmadi olaraq cəbhə xəttində təxribatlara əl atmasaydı, prosesin danışıqlar vasitəsilə həyata keçirilməsi üçün müəyyən imkanlar yaranardı:

“Amma Ermənistanın hansı hakimiyyət dönəmində olmasından asılı olmayaraq bütün davranışları sübuta yetirib ki, bu ölkənin danışıqlar prosesində iştirakı sadəcə status-kvonun qorunub saxlanmasına xidmət edir. Bu da nəticə etibarilə o anlamı verir ki, əgər sırf Paşinyan müzakirə prosesinin aparılması üçün hansısa cəhdlər etsəydi, aqressiv şəkildə davranmasaydı, Azərbaycana qarşı yeni ərazi iddialar ilə çıxış etməsəydi, problemin həlli üçün imkanlar yenə də yaranmayacaqdı. Çünki burada Paşinyan mövzusu o qədər də önəmli deyil. Prezident də demişdi ki, Paşinyan heç kimdir. Ermənistan cəmiyyəti, siyasi qüvvələrin özləri faşist ideologiyası üzərində köklənmişdilər və onlar tarixi Azərbaycan torpaqlarından geri çəkilmək istəmirdilər”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistanda uzun illərdən bəri Qarabağ mövzusu hakimiyyətə gəlmək üçün yeganə vasitə hesab olunurub:

“Qarşılıqlı ittihamlar və siyasi debatların da əsasını məhz bu amil təşkil edirdi. O baxımdan Paşinyanın hansı vəziyyətdə reallığı sərbəst formada xalqı ilə danışmasını mən müəyyənləşdirə bilmirəm. Məlum deyil ki, müharibə başlayanandək Paşinyanın belə bir imkanı olub, ya yox? Ümumiyyətlə, Paşinyan Ermənistan cəmiyyətinə deyə bilərdi ki, işğaldan çəkinmək lazımdır? Çünki onun bu istiqamətdə hətta ötən dövrdə səsləndirdiyi fikirləri də ona qarşı çevirməyə cəhd göstərirdilər. Paşinyan zəif və kütləyə oynayaraq hakimiyyətə gələn bir fiqurdur. Bu aspektdən baxdıqda, əslində, Azərbaycan tərəfinin təkcə Paşinyanı yox, bütövlükdə Ermənistan ordusunu, Ermənistanın faşizm ideologiyasını və sabiq prezidentləri olan hərbi cinayətkar Köçəryanla Sarkisyanı məğlub etməsi barədə irəli sürülən fikirlər tamamilə reallığı əks etdirir”.

 

“Paşinyanın fikirlərində həqiqət var“  - Azərbaycanlı politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam