Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın Qarabağ addımlarının sirri ortaya çıxdı: o istəyir ki...- Ruslar HƏR ŞEYİ AÇDI

 

Paşinyanın Qarabağ addımlarının sirri ortaya çıxdı: o istəyir ki... - Ruslar HƏR ŞEYİ AÇDI

Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır.

Yenixeber.org: Paşinyanın lideri olan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etdi.

Bundan sonra ciddi qarşıdurma başlandı. Ardınca Paşinyan ondan fərqli olaraq Qarabağdakı separatçı məmurların övladlarını hərbi xidmətə göndərmədiklərini bildirdi. Separatçılar baş nazir vəzifəsini icra edən Nikolun yalan danışdığını dedilər. Hazırda Ermənistanda qızğın mübahisələr gedir.

Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adamıdır. Lakin Paşinyan baş nazir seçiləndən sonra ilk səfərini Qarabağa etdi və burada separatçı rejimə açıq dəstək verdi. Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində isə vəziyyət dəyişib və Paşinyanla Saakyanın mübarizə açıq müstəviyə keçib.

Rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Paşinyanın Saakyana müharibə elan etməsinin səbəbi separatçılardan öz hakimiyyətinə dəstək ala bilməməsidir.

“Paşinyan “Qarabağ klanı”nın dəstəyinə çox belə bağlayırdı. Buna görə də baş nazir seçilən kimi Qarabağa getdi və orada Azərbaycana qarşı bəyanatlar verdi. Lakin sonrakı proseslərdə Paşinyanın “Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejim keçmiş iqtidarı – Respublika Partiyasını dəstəkləyir. Paşinyanın separatçı rejiminin ünvanına sərt bəyanatları da buradan qaynaqlanır. Qarabağ Ermənistan üçün ən vacib siyasi amillərdən biridir, lakin Paşinyan “Qarabağ klanı”nın dəstəyini ala bilmədiyi üçün özünü başqa cür aparacaq”, - deyə o bildirib.

Müstəqil ekspert Dmitri Verxoturov isə fərqli düşünür.

Onun fikrincə, Paşinyan “Qarabağ klanı”na müharibə elan etməyəcəyi təqdirdə siyasətdə sağ qalmayacağını anlayır.

“Əgər o, bu klanla müharibə etməsə, klan onu yeyəcək. Əslində Paşinyan Qarabağ məsələsini lazımsız hesab edir və bundan xilas olmaq istəyir. Lakin bu məsələdə “Qarabağ klanı” onun qarşısında maneədir. Əgər Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda o, kresloda oturmağa davam edəcək. Və böyük ehtimalla münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu, ərazilərin Azərbaycana qaytarılması deməkdir. Faktiki olaraq, Paşinyanın addımları onun Qarabağı qaytarmaq istədiyini göstərir”, - deyə müstəqil ekspert vurğulayıb.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam