Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Paşinyan general Movsesi hakimiyyətə gətirmək istəyir-Qarabağda

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində gələn il keçiriləcək “prezident seçkilərində” general Movses Akopyanın namizədliyini dəstəkləməyə hazırlaşır.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, hazırda Ermənistanın baş hərbi müfəttişi olan Akopyan həmin “seçkilərdə” şəxsən Paşinyanın və Yerevanın namizədi ola bilər.

“Paşinyan başa düşür ki, general Vitali Balasanyan və onun ətrafında cəmləşən qruplaşmaya ancaq həmin qrupa qarşı çıxmaqdan çəkinməyən, onların təhdidlərinə boyun əyməyən biri qalib gələ bilər”,-“Jamanax” qəzeti yazır.

General Movses Akopyan Dağlıq Qarabağda “müdafiə naziri” olub, daha sonra Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi təyin edilmişdi. 2016-cı ilin aprel müharibəsindən sonra Akopyan da Müdafiə Nazirliyinin rəhbərliyində yer alan bir sıra generallarla birlikdə vəzifəsini itirdi. Prezident Serj Sərkisyan onu Baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb baş hərbi müfəttiş təyin etdi.

Son vaxtlar Paşinyanla Qarabağdakı rejim arasında ciddi ixtilaf yaşanır və belə məlumatlar var ki, qarabağlı generallar və keçmiş səhra komandirləri onu hakimiyyətdən uzaqlaşdırmağa and içiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam