Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan, ABŞ-Rusiya davasında episentrə gəlir

 

Böyük güclərin çəkişməsində cəbhə xətti sərhədimizə dirəndi; SSRİ dağıldıqdan sonra Ukrayna və Gürcüstana ilk dəfə Amerika zirehli maşınlarının gətirilməsi Kremlə ciddi siqnaldır; Vaşinqton GUAM-ın üçüncü mühüm ölkəsini - Azərbaycanı da unutmayıb, ABŞ Senatında ölkəmizin də təhlükəsizliyinə qarant vəd edən, Bakı ilə hərbi əməkdaşlığı gücləndirməyi zəruri sayan qanun qəbul edilib; Jirinovski və Bzejinskinin xəbərdarlıqlarının pərdəarxasının yeni detalları... 

 

 
"Xeberinfo.com":  Krımın işğalına görə Rusiya ilə Qərb (ABŞ) arasında başlanmış “soyuq savaş” yavaş-yavaş “qaynar” mahiyyət qazanmaqdadır. Söhbət təkcə postsovet məkanından getmir. İki qlobal güc arasında ziddiyyətlər Ukrayna, Suriya (Yaxın Şərq) ilə yanaşı, son olaraq Yəmən böhranına yanaşmada da özünü qabarıq şəkildə büruzə verib. 
 
Havaların istiləşməyə, Avropanın Rusiya qazından asılılığının müvəqqəti azalmağa üz tutması ilə Rusiya-Qərb rəqabətinin keyfiyyətcə yeni fazaya keçəcəyi şübhə doğurmur. Bu rəqabətdə cəbhə xəttinin yaxınlaşdığı bölgələrdən biri də Güney Qafqaz, daha dəqiq desək, karbohidrogen ehtiyatları ilə zəngin, Avropa üçün energetik və geosiyasi dəyəri böyüməkdə olan Azərbaycandır. 
Ötən həftə şimaldan, eləcə də okeanın o tayından gələn bəyanatlar, təkliflər və xəbərdarlıqların mahiyyətinə nəzər salmaqla ölkəmizin iki qlobal gücdən ötrü vazkeçilməz önəminə əminlik hasil etmək olar. 
Məsələn, Kremlin “danışan dilləri”ndən sayılan Vladimir Jirnovsoki haqqin.az-a müsahibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq etinasızlıqla, hədələyici tonda bildirib ki, Dağlıq Qarabağ probleminin ən yaxşı həll yolu separatçı bölgəyə rus ordusunun yeridilməsi və bölgənin birbaşa Moskvaya tabe etdirilməsi ola bilər (Bu yerdə yada vaxtilə Dağlıq Qarabağda mövcud olmuş və bölgənin Azərbaycandan bir az da uzaqlaşmasına gətirmiş Arkadi Volskinin xüsusi idarəçiliyi düşür - biz bu yolu deyəsən bir dəfə keçmişik axı...)   
Söz düşmüşkən, ötən ilin sonunda Bakıda yüksək səviyyədə, təmtəraqla qarşılanan Jirinovskinin ərazi bütövlüyümüzə hörmətsizliyinə, əslində isə növbəti fitnəkar mövqeyinə hakimiyyət yetkililərindən hələ ki, hər hansı reaksiya olmayıb. Halbuki, təkrar edirik, bu adam Rusiyanın sıradan siyasətçisi deyil. “Putinin beynində tutduğu Jirinovskinin dilindədir” - belə bir deyim məhz Vladimir Volfoviç haqdadır.  
Maraqlıdır ki, təxminən eyni tarixdə məşhur amerikalı politoloq və sovetoloq, Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinski Azərbaycan üçün şok sayıla biləcək proqnoz verib. 
Ukraynadakı proseslərin mümkün inkişaf ssenarilərindən çıxış dən nüfuzlu analitik bəyan edib ki, prezident Putinin növbəti hədəflərindən biri məhz Azərbaycan ola bilər. Sitat: “Putin çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Azərbaycan və hətta  Polşa ola bilər... Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz söyləmək istəmirəm, amma həqiqətən risk var ki, Rusiya təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu Putinin ardıcıl şəkildə seçdiyi yolun analizi göstərir”. 
Bzejinski əmindir ki, situasiyanın bundan sonrakı inkişafı Ukraynadakı konfliktin gedişatından asılı olacaq: “Əgər Ukraynadakı müharibə Rusiya üçün asan hərbi uğur və qələbə ilə nəticələnsə, o zaman bənzər şeylərin Baltikyanı ölkələrdə mümkünlüyü diqqətə alınmalıdır. Növbəti qaynar nöqtələr Moldovada, Gürcüstanda, Azərbaycanda, Polşada peyda ola bilər. Rusiya indi ekspansiya siyasəti yürüdür və təəssüf ki, istənilən ssenari realdır...” 
Şimaldan və okeanın o tayından səslənən xəbərdarlıqlar, həmçinin, təhdidlər fonunda son həftədə Rusiya-Qərb konfrontasiyası çərçivəsində Azərbaycana dəxli olan daha iki simmetrik hadisə yaşanıb: ölkəmizin də üzv olduğu  GUAM-ın digər iki ölkəsi - Ukrayna və Gürcüstana SSRİ dağılandan sonra ilk dəfə ABŞ-in zirehli maşınları gətirilib. 
Amerika hərbi texnika vahidləri ortaq təlimlər adı ilə gətirilsə də, aydındır ki, əsas hədəf ipə-sapa yatmayan, yaxın qonşularına qarşı aqressiv siyasətini davam etdirən Rusiyaya bölgədə “əzələ nümayiş” etdirmək, ona sərt xəbərdarlıq xarakterli mesajlar çatdırmaqdır. Burdaca qeyd edək ki, Birləşmiş Ştatlar, NATO Rusiyanın başqa perimetləri boyu (Baltikyanı ölkələr) da eyni xarakterli intensiv preventiv tədbirlər görməkdədir. 
 
Rusiyaya ünvanlı belə xəbərdarlıq siqnallarından növbəti birisi ötən cümə ABŞ Senatında son oxunuşda qəbul edilən yeni qanun layihəsi hesab oluna bilər. Sənəddə prezident Barak Obamaya bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulur. Qeyd edilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək, bu ölkələrin təhlükəsizliyini təmin edəcək. Bundan əlavə, ABŞ Ukraynaya NATO-ya üzv olmadan müttəfiq statusu verib. Ukraynadan başqa Gürcüstan və Moldova da ABŞ-ın müttəfiqləridir. Bu da o anlama gəlir ki, bu ölkələr hücuma məruz qalarsa, ABŞ qoşunları müdaxilə edə bilər.
*** 
Son bir həftə-on gün ərzində Azərbaycan ətrafında gedən proseslərdə özünü göstərmiş, yuxarıda toxunduğumuz yeni gəlişmələr ehtimal eləməyə əsas verir ki, ölkəmiz böyük güclərin geosiyasi davasında, biz istəməsək belə, tədricən episentrə gəlməkdədir. Keyfiyyətcə tam yeni situasiyaya hazırlıqlı olmaq, milli maraqlarımızı qlobal güclərin qarşıdurmasından itkisiz çıxarmaq isə ayrı bir yazının mövzusudur.   
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam