İran qəzeti Ukrayna böhranından yazdı:Rəsmi Kiyev Avropa və Avrasiyaya inteqrasiya ideyaları arasında var-gəl edir
Məhəmməd Rza Səttari
“Ebtekar” (İran)
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya tətbiqini əlavə altı ay müddətinə uzadıb. 2014-cü ildə Ukrayna böhranından sonra Rusiya əleyhinə sanksiyalara 38 şirkət və 150 şəxs rus daxil edilib. Aİ-nin bəyanatında bununla bağlı deyilir ki, Moskva Ukrayna böhranının həlli naminə heç bir müsbət addım atmayıb və energetika, bank sahələrində Ukraynanın ərazi bütövlüyünə təhlükə törədən tədbirlər görüb. Buna görə də, Rusiyanın maliyyə, hərbi sahələri və müdafiə sənayesi Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına məruz qalacaq.
Yenixeber.org: Bununla yanaşı, martın 11-də NATO da, ərizəçi ölkələrdən biri kimi, Ukraynada öz mövqeyini gücləndirməklə, onun Alyansa daxil olmasını təşviq edir.
Digər tərəfdən, bu həftənin başlanğıcından Avropa Komissiyası iri miqyaslı maliyyə yardımı çərçivəsində dördüncü dəfə Ukraynaya yeni bir milyard dollarlıq yardım proqramını təsdiqləyib.
Bu yardımçı paketlərin məqsədi – iqtisadiyyatın sabitləşdirilməsinə və Ukraynada struktur islahatlarının həyata köçürülməsinə dəstəkdir. Bununla, Ukrayna vətəndaşlarının Avropaya vizasız səyahəti və ilkin şərtlərlə Avropa İttifaqına daxil olmaya imtinanın üstü örtülür.
Krım – Rusiya ilə ABŞ arasında qarşıdurmanın ciddi sahəsi
2014-cü ildə Moskva ilə Kiyev arasında yaranmış ixtilaf və rusiyapərəst Yanukoviç hökumətinin iflasından sonra Ukrayna böhranı Rusiya və Qərb arasında qarşıdurma üçün münbit zəmin yaradıb. Təxminən dörd il əvvəl parlamentdə çıxış edən Vladimir Putin Krımın rəsmi ilhaqını Rusiyaya məxsus yarımada ilə bağlı Sovet İttifaqı dövründə baş vermiş tarixi ədalətsizliyin düzəlişi kimi səciyyələndirib.
Bu hərəkət Rusiyada milli qürurun rəmzi olaraq qarşılandığı halda, ABŞ və Avropa bunu Ukraynanın ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi tanıyıb və dərhal Moskvaya qarşı kütləvi sanksiyalar tətbiq edib.
Ukrayna elitasının qınağına əlavə, bu məsələ beynəlxalq birlik tərəfindən etirazla qarşılanıb və müstəqil dövlətin ərazisinin bir hissəsinin işğalı kimi dəyərləndirilib.
Seyyid Cəlal Dehqan Firuzabadi qeyd edir ki, yeni dövrdə Rusiyanın xarici siyasətinin əsas məqsədi ölkənin fövqəlgüc kimi beynəlxalq statusunu canlandırmadır. “Buna görə də, Rusiya niyyətinə nail olmaq üçün öz nüvə potensialı qoruyub saxlamalı, qlobal təsirini sərgiləməkdən ötrü, Baltikyanı region istisna olmaqla, post-sovet məkanındakı hökmranlığını bərpa etməlidir. Bu mənada, ABŞ və Aİ Rusiyaya əsas təhdid kimi görülür. Onların ənənəvi olaraq Moskvanın maraq və nüfuz dairəsi hesab olunan bölgələrdə Rusiyanı zəiflətmək, daha sonra təcrid etməyə səy göstərdiyi düşünülür”.
Buna görə də, Rusiya NATO-nu potensial bir təhlükə sayır və Vladimir Putin hesab edir ki, NATO-nun Rusiya sərhədləri boyunca güclü hərbi blok olaraq ortaya çıxması Rusiyanın milli maraqları üçün birbaşa təhdiddir.
Həmin əsnada ən ciddi sosial-siyasi təzahür kimi Ukrayna böhranının yaranması təkcə bu ölkə ilə Rusiya arasında münasibətlərdə deyil, ABŞ və Avropanın birbaşa iştirakı ilə, beynəlxalq miqyaslı münaqişəyə çevrilib.
Böhranın struktur amillərində kök salmasının bir səbəbi, Ukraynanın tarixi qopmasıtək, ölkənin şərq və qərb hissəsi arasında disproporsiya və ziddiyyətdir. Üstəlik, insanlar arasında açıq görünən Şərq-Qərb rəğbət / ikrah meylləri var. Buna görə də, Ukrayna Avropa / və Avrasiyaya inteqrasiya ideyaları arasında var-gəl edir.
Bu amillər Yanukoviçin rusiyapərəst hökumətinin iflası ilə birləşərək, Moskvanı Ukraynada ya öz geostrateji niyyətlərini müdafiə etmək, yaxud maraqlar ziddiyyətində geri çəkilmək seçimi qarşısında qoyub və o, birinci yolu seçib.
Bu baxımdan, Vladimir Putinin, Rusiyanın prezident seçkiləri üçün hazırlanan sənədli filmdə Krımın hansı şərtlərlə geri qaytarılacağına dair suala cavabı maraq doğurur. O, açıq-aşkar dedi: "Məgər biz ağlımızı itirmişik?! Bu heç vaxt olmayacaq!”
Əməkdaşlıq və davamlı rəqabət
Analitiklərin fikrincə, xüsusilə Moskva və Vaşinqton arasında münasibətlər səviyyəsində, Rusiya və Qərb arasında artan problemlərin təkamülünə baxmayaraq, Rusiya Amerika və ya Avropa ilə qarşıdurmaya girmədən yaxın illərdə Yaxın Şərq və Şərqi Avropada öz təsir dairəsini genişləndirməyə davam edəcək.
Rusiya ziddiyyətli siyasəti ilə, Qərbə müqavimət göstərəcək və gözlənildiyi kimi, o cümlədən Birləşmiş Ştatlarla qarşıdurmada olacaq.
Beynəlxalq məsələlər üzrə ekspert Həsən Behiştipurun sözlərinə görə, Kreml, şübhəsiz, Soyuq müharibə dövrünü canlandırmaq istəyir. “Sovet İttifaqı-ABŞ yarışı bütünlüklə ideoloji idi, amma hazırda mənfəət bölgüsü və öz təsir dairəsini genişləndirmək uğrunda rəqabət gedir.
Belə bir vəziyyətdə iki ölkə bir-biri ilə nisbi əməkdaşlıq edir və ciddi rəqabət sahələrində mübarizə aparır. Məsələn, Krım – Rusiya və Qərbin bir-biri ilə toqquşduğu sahədir və bu trend hələ uzun illər mövcud olacaq”