Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Amerikanın yeni inqilab planı Tiflisdən başlayır

 

ABŞ yenidən Qafqaza qayıdır; Vaşinqton Saakaşvilini hakimiyyətə qaytarmaq işinə start verib; prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan iqtidarı Qərbin planlarından xəbərdardır; mümkündür ki, Gürcüstanda baş verə biləcək inqilabi proseslər ölkəmizə də sıçrasın, amma... 

 

"Xeberinfo.com":  ABŞ bir müddətdir Cənubi Qafqazda zəifləyən mövqelərini yenidən bərpa etmək üçün ciddi fəaliyyətə keçib. Bu barədə “Yeni Müsavat”a diplomatik qaynaqlardan məlumat daxil olub. Məlumatda mühüm iddialar var. Hələ ötən ilin sonlarında Amerikanın Gürcüstan, Azərbaycan və Ermənistandakı vəziyyətdən narahat olduğuna dair informasiyalar artmışdı. Həmin informasiyaların məntiqi bu idi ki,  Gürcüstanda Saakaşvilinin hakimiyyətdən getməsi, Ermənistanın Avrasiya İttifaqına qoşulması və Azərbaycana Rusiyanın artan təzyiqləri Ağ Evi “yeni inqilabi planlar”  istiqamətində hərəkətə keçirib.
Təsadüfi deyil ki, məhz bu ərəfədə Azərbaycan hakimiyyəti də sözsüz ki,  daha ciddi informasiyalara əsaslanaraq, ABŞ-ı yeni rəngli inqilablarda və “beşinci kolon” yaratmaqda ittiham etməyə başladı. 
Bu ilin fevralında Vaşinqtonda “Cənubi Qafqazda təhlükəsizlik və enerji məsələləri” mövzusunda keçirilən konfrans Ağ Evin niyyətlərini bir daha ortaya qoydu. Həmin konfransda əsas diqqətin Rusiyanın Cənubi Qafqaz ölkələrinə neqativ təsirinə və roluna yönəldilməsi ABŞ-ın regionda yenidən “rəngli inqilablar” hazırladığı barədə ehtimalları artırdı. Ağ Evin xarici siyasətinə təsiri olan ekspertlərin iştirak etdiyi həmin konfransda gəlinən yekdil rəy belə oldu ki, Birləşmiş Ştatların Cənubi Qafqaza münasibətdə laqeydliyi region ölkələri tərəfindən Amerikanın zəifliyinin sübutu kimi qəbul ediləcək ki, bu da bölgədə Rusiya və İranın təsirinin güclənməsinə gətirəcək. 
Qəzetimizə verilən məlumatda da vurğulanır ki, martın 21-də Tiflisin baş meydanında eks-prezident Mixail Saakaşvilinin lideri olduğu Milli Birlik Partiyasının təşəbbüsü ilə keçirilən çoxminli mitinq Amerikanın yeni revanş cəhdi barədə xəbərləri doğruldur. Saakaşvilinin zəifləməsindən istifadə edərək hakimiyyətə gələn rusiyapərəst oliqarx Bdzina İvanişvili Gürcüstanı yenidən Kremlin təsir dairəsinə sala bilib. Broker-lider tipli siyasətçi olan İvanişvili hazırda hakimiyyətdə bilavasitə təmsil olunmasa da, Gürcüstanı pərdə arxasından yenə də özü yönləndirir. Bu iddianı Gürcüstandakı siyasi ekspertlər də müdafiə edirlər. 
Saakaşvilinin hakimiyyətdən getməsi ilə Qərbin nəinki Gürcüstana, ümumilikdə regiona təsir imkanları kifayət qədər azalıb. Buna görə də Vaşinqtonun yenidən Saakaşvilini hakimiyyətə gətirmək prosesinə start verməsi normaldır və görünən də budur ki, bu planın reallaşması üçün Gürcüstanda ictimai atmosfer də uyğundur. Saakaşvilinin son proseslərlə bağlı açıqlaması da çox şey deyir: “Geosiyasi vəziyyət dəyişir. Bizim dostlarımızın mövqeləri isə güclənir. Bütün bunlar mənim Gürcüstana qayıdışıma şərait yaradacaq”...

Xatırladaq ki, ötən ilin yay aylarında Saakaşviliyə qarşı bir necə ittiham irəli sürülüb. O, 4.7 milyon dollara yaxın dövlət vəsaitini israf etməkdə, 2007-ci il 7 noyabr mitinqində iştirak edənlərə divan tutmaqda, “İmedi” telekanalının binasına basqında, biznesmen Badri Patarkatsişvilinin əmlakını mənimsəməkdə ittiham edilir. Rəsmi məlumatlarda göstərilir ki, üstəlik, o, istintaqla əməkdaşlıqdan imtina edib və ifadə vermək üçün gəlməyib. Tiflis məhkəməsi Saakaşvili barəsində qiyabi həbs hökmü çıxarıb. Eks-prezident 2013-cü ilin noyabr ayında Gürcüstanı tərk edib və o vaxtdan bir daha vətənə qayıtmayıb. 
Gürcüstanda parlament seçkilərinə iki ildən az müddət qalsa da, artıq Qərb dairələrində növbədənkənar seçkilərdən danışmağa başlayıblar. Unutmayaq ki, tarixə  “Qızılgül” inqilabı kimi düşən hadisələr Gürcüstanda 2004-cü ilin noyabrında, parlament seçkilərindən sonra başlamışdı.    
“Rəngli inqilablar” təcrübəsi göstərir ki, Qərb  hakimiyyətlərin dəyişməsində legitimliyi və “məxməri” xarakteri saxlamaq üçün seçki kampaniyalarından ciddi istifadə edir. Xatırlatmaq yerinə düşər ki, 2015-ci ildə Azərbaycanda, 2016-da Gürcüstanda,  2017-ci ildə isə Ermənistanda parlament seçkiləri keçiriləcək. 
*   *   *
Azərbaycanla bağlı Qərbin hansısa gizli planları olduğu haqda yalnız ehtimallar var. Bir müddətdir ki, ABŞ-la Azərbaycan hakimiyyəti arasındakı münasibətlər tam məlum olmayan səbəblər üzündən gərgindir. Hakimiyyət sözçüləri ABŞ-ı Azərbaycanda inqilab etmək istədi ilə açıq şəkildə suçlayırlar. Bu ilin fevralında Bakıya səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland  “Azərbaycanda ”rəngli inqilab"ların hazırlanması ilə bağlı Vaşinqtonun ünvanına səslənən ittihamları ABŞ necə qiymətləndirir" sualının cavabında demişdi ki, inqilab o zaman mümkündür ki,  hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın: “Dünyada ən güclü ölkələr vətəndaş cəmiyyəti ilə hökumət arasında açıq və fəal təmasların olduğu ölkələrdir. Hər hansı ölkədə açıq və səmimi dialoq varsa, onda ”rəngli inqilab"a lüzum qalmır. “Rəngli inqilablar” o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq, gərginlik və bağlı qapılar olsun. Yəni onların bir-birilərinin ehtiyaclarını həll etmək üçün zəruri və lazımi şərait olmasın. Ümidvarıq ki, hökumətlə vətəndaş cəmiyyəti arasında güclü dialoq, eyni zamanda ABŞ-la Azərbaycan arasında yaradılacaq təmas və dialoqlar təhlükəsizlik və enerji sahələrindəki olduğu kimi, bu sahədə də vəziyyəti yaxşılaşdıracaq".
Nuland Bakıda müxalifətlə təmas qurmadı və kifayət qədər ehtiyatlı mövqe sərgilədi. Amma Nulandın səfərindən sonra da Vaşinqtonla münasibətlərin əvvəlki məcraya qayıtmaması rəsmi Bakının Amerikanın “inqilab hazırlamırıq” sözlərinin  səmimiyyətinə inanmadığını göstərdi.
***
Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramında etdiyi çıxışı əsasən Qərbin tənqidinə yönəltməsi də diqqətçəkəndir.  Qərbin Azərbaycana münasibətindən danışan prezident “ədalət pozulduqda hər şey pozulur, inam pozulur”, - deyərək fikirlərini belə davam etdirib: “Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək. Bu gün biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”. Dövlət başçısı “dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları” dedikdə ad çəkməsə də, Amerikada Azərbaycandakı vəziyyətlə bağlı tez-tez keçirilən müzakirələrə işarə etdiyi aydındır. 
Prezident Azərbaycanda insan haqlarının vəziyyəti və korrupsiya ilə bağlı tənqidlərə də sərt cavab verib: “Bax elə Avropanın mərkəzində (Almaniyanın Frankfurt şəhərindəki etirazları nəzərdə tutur - red.)  yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır?  Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır ”Transparency International"? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar?"
Doğrudur, bəzi ekspertlər iddia edir ki, Vaşinqton rəsmi Bakının anti - Qərb ritorikasının səbəblərini Rusiya amili ilə bağlayır. Yəni Qərb paytaxtları Azərbaycanın aqressiv Kreml siyasətindən qorunması üsullarını anlayışla qəbul edir. Amma hər şey göründüyü qədər sadə də deyil. Vaşinqton Rusiya hakimiyyətinin mövqelərinin getdikcə Azərbaycanda möhkəmlənməsindən narahatdır. Bu baxımdan mümkündür ki, Gürcüstanda olası inqilabi proseslər Azərbaycana da sıçrasın və ya burdakı müxalifəti də fəallaşdırsın. 2015-ci ilin parlament seçkilərinin hakimiyyət üçün heç də asan keçməyəcəyi və beynəlxalq birliyin şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə özünütəcrid vəziyyətinə düşəcəyi barədə mesajlar verilib.  Azərbaycan hakimiyyəti isə seçki ilində Qərbə “əzələ” nümayiş etdirərək bir sıra QHT təmsilçilərini  “Amerikanın adamları” kimi məhkəmə qarşısına çıxarıb, o cümlədən Avropa təsisatları ilə sıx əlaqələri olan hökumət tənqidçilərinin həbsini sanksiyalaşdırıb. 
***
Amerikanın yeni inqilablar planlarına baxmayaraq,  o da faktdır ki, Azərbaycan hakimiyyətinin mövqeləri indi kifayət qədər güclüdür və Gürcüstandan fərqli olaraq, təşkilatlanmış alternativi yoxdur.... 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam