Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Putin Azərbaycana hərbi müdaxilə edəcək”

 

 

     Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri, etnik azlıqları maliyyələşdirir
       "xeberinfo.com": “Val Strit jurnal”a (“The Wall Street Journal”) istinadən xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Svante Kornelle çıxış edib.
 
      O, Rusiyanın Qafqaza təsirinin həddən artıq gücləndiyini bildirib: “Moskva Ermənistan üzərində nəzarətini artırıb. 2013-cü ilin sentyabrında Ermənistanı Gömrük İttifaqına zorla gətirməyə razı salıb. İndi isə növbə digər ölkələrdədir. Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri, etnik azlıqları maliyyələşdirir. Bu ölkələrin rəhbərləri isə Qərbin Krım böhranına göstərdiyi münasibətdən heç də razı deyillər”. 
 
     Ekspert bu ilin yayına qədər regionda vəziyyətin şiddətlənə biləcəyini deyib: “Ermənistandakı hərbi bazaları hesabına rəsmi Moskva Azərbaycana hərbi təcavüz etmək imkanına sahibdir və bunu da edəcək. O iki ölkə arasında münasibətləri şiddətləndirəndən sonra Dağlıq Qarabağı yenidən savaş mərkəzinə çevirməyə çalışacaq. Rusiya Gürcüstandan özünün Ermənistandakı hərbi bazaları üçün tranzit rolunu oynamasını tələb edəndə Qərb nə edəcək? Əgər yoxlanılmamış və kaprizli Tiflis ABŞ-ın dəstəyini üzərində hiss eləməsə, o zaman... Həmçinin bu ilin yayında Gürcüstan Avropa İttifaqına assosiativ üzvlüyə qəbul olacaq ki, bu da Rusiyanın təzyiqinin görünməmiş həddə çatacağına səbəb olacaq”.   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam