Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Güney Qafqazda “rəngli inqilab” ideyası gündəmə qayıdır?

 

Ağ Ev Kremlin Qarabağ başda olmaqla, regiondakı münaqişələrin həllini əngəlləməsini öz maraqlarına ən böyük təhdid sayır; amerikalı ekspert: “Biz fırtına dövrünə daxil olmuşuq...”; Kremlin “Milyarderlər ittifaqı”nı canlandırmaq səyləri təsadüfdürmü? 

 

 
"Xeberinfo.com":  Məlumata görə, Vaşinqtonda uzun müddət ərzində ilk dəfə olaraq Kennan Universitetinin təşəbbüskarlığı ilə Güney Qafqaza həsr olunmuş “Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və enerji məsələləri” mövzusunda konfrans keçirilib. “Vestnik Kavkaza” nəşri xəbər verir ki, tədbirdə məruzəçilər əsas diqqəti Rusiyanın Cənubi Qafqaz ölkələrinə neqativ təsirinə və roluna yönəldiblər və Birləşmiş Ştatların bu yöndə səylərini artırmalı olduğunu bildiriblər.
Belə ki, Amerika Xarici Siyasət Şurasının eksperti Stiven Blank bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil, çünki bu, ona imkan verir ki, həm Azərbaycana, həm də Ermənistana silah satsın və Qarabağ müharibəsi başlayanda vəziyyətə müdaxilə eləsin. “Bu isə müharibənin özündən də artıq faciələrə gətirəcək”.
Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzinin (CSİS) Rusiya və Avrasiya Proqramlarının direktor müavini Cefri Mankoff da həmkarı ilə razıdır. Onun sözlərinə görə, konflikt zonasında status-kvo Kremlə imkan verir ki, Ermənistanın yeganə təhlükəsizlik qarantı kimi özünü təqdim eləsin. Amerikalı ekspertlər ona da əmindirlər ki, Rusiya Güney Qafqaz ölkələrinə anlatmaq istəyir ki, “əgər istəsə, bu üç ölkədən istənilən birinin suverenliyini dərhal məhv edər və Qərb onlara kömək edə bilməz”.
ABŞ Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin isə bununla bağlı ABŞ-ın Güney Qafqaza daha çox diqqət ayırmalı olduğunu qeyd edib. “Biz fırtına dövrünə daxil oluruq və belə bir vəziyyətdə Birləşmiş Ştatların Cənubi Qafqaza münasibətdə laqeydliyi region ölkələri tərəfindən Amerikanın zəifliyinin sübutu kimi qəbul ediləcək ki, bu da bölgədə Rusiya və İranın təsirinin güclənməsinə gətirəcək. Güney Qafqazda sabitlik isə Birləşmiş Ştatların təhlükəsizliyi üçün çox böyük rol oynayır”, - deyə o qeyd edib.
***
Kremlə yaxın rusiyalı politoloqlar isə konfransı “ABŞ-ın Güney Qafqazla bağlı uzaqgedən anti-Rusiya planları kimi təqdim edirlər. Məsələn, tanınmış ekspert Sergey Mixeyev hesab edir ki, Amerika Rusiya ilə mübarizəni heç bir istiqamətdə dayandırmayıb: ”Onlar bizimlə həmişə mübarizə aparıblar. Misal üçün, Amerika Ermənistanın Avrasiya İttifaqına qoşulmasını hər vəchlə əngəlləməyə çalışıb. Yaxud bir vaxt Gürcüstanda Saakaşvili rejimini aktiv müdafiə edib və faktiki, onu 2008-ci il müharibəsinə təşviq edib. Məqsəd aydındır - Rusiyanı gözdən salmaq, onu bölgədən sıxışdırmaq və region ölkələri ilə əlaqələri pozmaq. Konfrans bu zəncirin həlqəsidir".
Azərbaycan-Rusiya münasibətlərinin pozulmasının Vaşinqtona sərfəli olduğunu deyən politoloq əlavə edib ki, Kreml əvvəl seçdiyi siyasi kursa sadiq qalmalıdır.
Öz növbəsində Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü İqor Fyodorov Ağ Evin Moskvaya “hücum istiqamətlərini genişləndirdiyi” qənaətindədir: “Tamamilə aydındır ki, ABŞ Rusiyaya bütün istiqamətlərdə zərbə vurmağı planlaşdırır - Avropada bu AŞPA-dır, dövlət çevrilişindən qaynaqlanan Ukrayna epopeyasıdır. Ardınca əminik ki, Cənubi Asiya istiqamətində Rusiyaya qarşı hərəkətlər planı hazırlar. Qafqaz da Rusiyaya endiriləcək zərbə yerlərindən biridir”.
Rusiyalı analitik İqor Morozov isə Birləşmiş Ştatların Güney Qafqaz ölkələri üçün “Maydan” planlarını hazırladığını söyləyib: “Amerikalılar ”rəngli inqilablar" elementlərini işə salmaq üçün Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərini pozacaqlar. Bu, həmin ölkələrdən birində mövcud hakimiyyətə qarşı istifadə olunacaq və Kiyev ssenarisi üzrə genişləndiriləcək. Odur ki, Moskva Azərbaycan və Ermənistanla münasibətləri möhkəmləndirməlidir".
***
Qeyd edək ki, Qərbin Güney Qafqaz ölkələrində, ələlxüsus da bölgənin açar ölkəsi olan Azərbaycanda mümkün “rəngli inqilab” ssenarisi haqda mətbuatda yazılıb. Heç şübhəsiz, ABŞ Rusiyaya ən sarsıdıcı zərbəni məhz Azərbaycanda vurmaq istəyir. Çünki Azərbaycanın geridönməz şəkildə Kremldən uzaqlaşması bütövlükdə regionun uzaqlaşması demək olacaq.
Ermənistan onsuz da Moskvanın ovcunun içindədir. Gürcüstan isə kifayət qədər əlçatmazdır və Qərbin patronajlığı altındadır. Qalır “tərəddüd içində” olan Azərbaycan. Bu xüsusda Kremlin yenidən “Milyarderlər ittifaqı”nı canlandırmaq səylərini artırması heç də təsadüf hesab oluna bilməz.
Başqa sözlə, Moskvanın əlindəki real rıçaqlarla seçki ilinə girmiş Azərbaycanda situasiyanı maksimum nəzarətdə saxlamağa çalışacağı indi hər hansı şübhə doğurmur. Rusiya Qərblə Azərbaycandakı həlledici “toqquşmadan” məğlub ayrılmamaq üçün hər şeyə gedəcək. Fəqət, hədəfə çatacaqmı? Sual budur.
müsavat.com   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam