Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Danışıqlar başlayır -döyüşlər gündəlikdədir

Danışıqlar başlayır - döyüşlər gündəlikdədir

Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə bağlı apardığı döyüşlərin növbəti, danışıqlar mərhələsi başlayır.

Yenixeber.org: Bu, həm də Ermənistan hakimiyyətinin bu döyüşləri uduzmasıdır. Atəşkəslə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan, prezidenti Armen Sarkisyanın beynəlxalq ictimaiyyət qarşısında çoxsaylı xahiş-minnət edir, yalvarır. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çoxsaylı müraciətləri olub.

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində həm atəşkəs, həm şərtlər açıqlanıb: “Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. ...Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.

Döyüşlərdən sonra Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi.

Bundan sonrakı mərhələdə danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək.

Danışıqlar prosesində Prezident İlham Əliyevin yuxarıda qeyd etdyimiz tələbləri kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.

Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.

Azərbaycan Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi.

O, böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərə sinə gəlməkdədir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.

Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı. Bütün hallarda danışıqlar başlasa da, Azərbaycanın şərtləri təmin olunmayanadək müharibə təhlükəsi gündəlikdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam