Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ərazilərin qaytarılması? Bu haqda söhbət belə gedə bilməz...”-Paşinyan danışıqları dayandırır

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, o Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib.

Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. “Bu haqda söhbət belə gedə bilməz”,-erməni baş nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. “Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var”,-o, əlavə edib.

Paşinyan artıq neçənci dəfədir ki, müxtəlif formalarda avantürist bəyanatlar verərək danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Hansı ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılması danışıqlar prosesinin bütün dövrlərində və mərhələlərində müzakirə edilib. Bu məsələ hətta Ermənistan üçün ən sərfəli nizamlama variantlarında belə başlıca element kimi əksini tapıb. O cümlədən Madrid prinsipləri ətraf rayonların qaytarılmasına və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsinə əsaslanır.(virtualaz)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam