Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Milli Şura güc sahibi deyil“

 

“Milli Şuranın 15 mart mitinqi gündəmə gəlmək taktikasıdır. Hazırda bu qurum böyük güc sahibi deyil”

"Xeberinfo.com":  Məlumata görə,  bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa deyib.
Onun sözlərinə görə, mitinqlərlə gündəmə gəlmək taktikası siyasətdə geniş yayılıb: “Hətta bu populizm olsa belə təəccüblü deyil. Lakin indiki məqamda seçilən bu taktika mənasızdır”.
Millət vəkili problemin həll yolunu mitinqlərdə görmədiyini qeyd edib.
“Məqsədə fərqli yollarla nail olmaq mümkündür. Lakin bu da Milli Şuranın seçimdir. Partiyaların etirazını çatdırma formasıdır. Ümumiyyətlə mitinqlər demokratik ölkələr üçün adi haldır. Bu gerçəkləşirsə, fikirlər mitinqlərdə çatdırılırsa, bu normal qəbul olunmalıdır. Hətta mitinqə 10 nəfər çıxsa da mümkündür. Digər tərəfdən, dövlətin mitinqə icazə verməsi yaxşı haldır. Hesab edirəm ki, icazəsiz mitinqlərə getmək doğru deyil. Çünki bu qarşıdurmaya gətirən haldır və ölkənin imicinə də ziyan vurur”, - deyə o vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam