Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

NAZARBAYEVİN VARİSİ HAKİM AİLƏNİN MƏNGƏNƏSİNDƏN ÇIXIR –Prezident ölkəsinin problemlərindən çəkinmədən danışır

Arkadi Dubnov

“Exo Moskvı” 01.09.2020

 

Qazaxıstanda dövlətə qarşı ən ağır cinayətin nə olduğunu bilirsinizmi?

Dövlət orqanlarının sahibkarlıq fəaliyyətinə, özəl biznesə qanunsuz müdaxiləsi.

Yenixeber.org: Bunu bu gün xalqa mesajında prezident Qasım-Jomart Tokayev bildirib.

Bəli, bəli, Qazaxıstan hərbi zavodlarının sirlərini düşmənə vermək, ərazi güzəştlərinin mümkünlüyü barədə dövlət əleyhinə müzakirələr deyil, məhz insanların qanuni yolla öz pullarını qazanmaq hüququna sadə və başa düşülən təcavüz.

Rusiyada bunu eşitmək belə adama qeyri-adi gəlir…

Təxminən 1 il əvvəl Millət Liderinin göstərişi ilə Qazaxıstanda hakimiyyətin tranziti baş verib, Nazarbayevin yerini ikinci prezident Tokayev tutub. Pandemiya Qazaxıstanla, qonşularına nisbətən, son dərəcə sərt, daha kəskin şəkildə davranıb. Xələf iqtidardan faktiki diarxiya (ikihakimiyyətlilik) şəraitində istifadə etməli idi, Elbaşı ailəsi hələ də ayaqları üzərində möhkəm durur, böyük qızı, Senat sədri Dariqa Nazarbayeva bunu açıq şəkildə bildirirdi…

Kovid-19 çıxış yolu saxlamırdı, ona qarşı mübarizə qəti bir addım tələb edib, Dariqa vəzifəsindən uzaqlaşdırılıb və onunla birlikdə Qazaxıstanı dünya iqtisadiyyatının ilk onluğuna daxil etmək barədə Manilov planları quran atasının planetar ambisiyaları da. Hənanın yeri deyildi…

Tokayev indi diqqətini buna yönəldir, maraqlıdır. O heç vaxt böyük Nazarbayev planlarını xatırlamayıb, yalnız əhəmiyyətsiz şeylərə diqqət çəkib: iqtisadiyyat “əziz Leonid İliç”in dediyi kimi qənaətcil deyil, “insanların rifahı üçün çalışmalıdır”.

Həm də onun təbirincə desək, “rifah və vəzifələrin ədalətli bölüşdürülməsini təmin etməlidir”.

Ancaq şeytan belə bir paylaşımı bəyənmədiyindən, – Tokayevin planlarında isə belə bölgü olduqca çoxdur və özü də bu haqda prezident kimi açıq danışır, – budur, “Covid” dövründə ev-ofis iş qaydasının ilk nəticələri: 2021-ci ilin sonuna qədər dövlət aparatında çox sayda məmur tələb olunmayacaq və onların 25 faizini azaltmaq planlaşdırılır.

Bununla birlikdə, Tokayevin çıxışında irəli sürülən “nəticənin proses üzərində üstünlüyü” haqqında bolşevik tezisi adamın beynini qarışdırır.

Bir dəfə dünya proletariatının lideri bu tezisi tənqid edən və nəticənin prosesin mahiyyətinin özü tərəfindən müəyyən olunduğuna inanan inadkar alman sosial-demokratı Andrü Bernşteyni yıxıb-sürüyüb. Bunu milyonlarla cəsədin üzərindən keçərək kommunizmə yol açan Lenin və sonra Olimpiya Oyunları keçirən onun varisləri sübut ediblər…

Ancaq bu, sözgəlişi deyilir…

Tokayevi başa düşmək olar, prezidentlik müddəti bitənə, yəni 2024-cü ilə qədər onun nəticələrə ehtiyacı var.

O, əvvəllər başqalarının ucadan danışmaqdan utandığı gerçək problemlərdən söz açır:

– Qazaxıstanda kölgə biznesinin ÜDM-də üçdə biri hissinə təşkil etməsi və bunun korrupsiya üçün böyük bir yem bazası olması və iqtisadiyyatın milliləşdirilməməsindən;

– Ölkədə hər altıncı ailənin övlad sahibi ola bilməməsi və 2021-ci ilədək xüsusi IVF (ekstrakorporal mayalanma) proqramına başlanılmasından;

– Qanunauyğunluğun və ədalətin təmin edilməli olması, hüquq-mühafizə və məhkəmə sisteminin islahatı ilə bağlı.

Tokayev hətta qeyd edib ki, insan haqları məsələsi – onun şəxsi prioritetidir. Mesaj qeyri-adi dərəcədə böyük konkretlik və azca demaqogiyanı ehtiva edir.

Həmçinin, mesajda söhbət həmsərhəd bölgələrdən getdikdə, hər iki tərəfdə 30 milyon insanın yaşadığı Rusiyadan yalnız bir dəfə bəhs olunub.

Ancaq başqa ölkələr haqqında ümumiyyətlə, bir kəlmə yoxdur, Tokayev yalnız ölkəsindəki işlərdən danışıb və bu narahatlıq təsiredicidir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam