Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bu ölkə karantin rejimini sərtləşdirir

 

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə iki gün ərzində ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı təkliflər hazırlamağı tapşırıb.
Yenixeber.org: Bu barədə Tokayev hökumətin iclasında bildirib.

Bundan əlavə, Qazaxıstan Prezidenti hökumətə və bölgə rəhbərlərinə çarpayıların sayını artırmaq və ölkədə dərman çatışmazlığını aradan qaldırmaq barədə göstəriş verib.

"İyul ayının sonuna qədər pandemiyanın ikinci dalğasının başlamasını nəzərə alaraq, xəstəxanalarda çarpayıların sayını 50% artırmağı tapşırıram. Bunun üçün özəl və dövlət tibb mərkəzlərinin bütün ehtiyatlarından istifadə edilməlidir. Hökumət dərmanlarla təminatı beş günə həll etməlidir".

Tokayev deyib ki, bu, hələ də peyvəndi olmayan təhlükəli xəstəlikdir. Ancaq panikaya düşməməli, üstəlik qanunsuz hərəkətlərə yol verməməli, həkimləri təhqir etməməli və sanitar rejim pozulmamalıdır.

“Sizdən xahiş edirəm, Səhiyyə Nazirliyinin və sanitar həkimlərin tövsiyələrini və tələblərini yerinə yetirəsiniz. Bütün səylərimiz ölkəmizin əsas sərvətini - Qazaxıstan Respublikası vətəndaşlarının həyatı və sağlamlığını qorumağa yönəldilib", - deyə dövlət başçıs xalqa müraciət edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam