Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin zəhər kimi siyasəti: -Berezovski, Litvinenko, Navalnı... analitikdən şok detallar

Elxan Şahinoğlu: “Bu cür qətllər Kremli tənqid edənlərə  mesajdır, biz də diqqətli olmalıyıq...”

Yenixeber.org: Tibbi yardım təyyarəsi rusiyalı müxalifətçi Aleksey Navalnını zəhərlənmə ehtimalından sonra Sibirdən Berlinə aparmaq üçün yola çıxıb. Tibb avadanlıqları və mütəxəssislər də təyyarədədirlər.

Navalnı halsızlaşandan sonra komadadır. Onun komandası hava limanında Navalnının çayına nə isə qatıldığından şübhələnir. Həm Almaniya, həm də Fransa müalicəyə kömək etməkdən məmnunluğunu bildirib. Almaniya kansleri Angela Merkel “o, bizdən bütün köməyi və lazım olan tibbi dəstəyi ala bilər” deyib. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov da söyləyib ki, Kreml ehtiyac olarsa, Navalnının xaricə getməsinə kömək edə bilər və onun tez sağalmasını arzulayır.

Navalnının sözçüsü Kira Yarmış deyib ki, “Alekseyin çayına nə isə qataraq zəhərlədiklərini güman edirik.

Bu, onun səhərdən içdiyi yeganə şey idi. Həkimlər deyir ki, zəhərli maddə qaynar maye vasitəsilə daha tez sorulub".

Boris Nemtsov - Wikipedia

Boris Nemtsov

 

Ancaq Rusiyada Putinin opponentlərinin zəhərlənməsi, sui-qəsdi ilk belə hadisə deyil. Yaxın keçmişdən nümunələr göstərmək olar - müxalif lider Boris Nemtsovun qətlinin indiyə qədər üstü açılmayıb, Londonda yaşayan rus milyarder Boris Berezovskinin həm zəhərləndiyi, həm asılaraq öldüyü versiyaları səslənir. Halbuki Putinlə Berezovskinin münasibətləri çox yaxşı olub, sonra pisləşib və oliqarx ölkəni tərk etməli olub. Ölümündən əvvəl sevgilisinin açıqlamasına görə, Berezovski Putinə qarşı plan qururmuş.

Ukraynada “narıncı inqilab”ın qəhrəmanı, anti-Putin siyasətçisi Viktor Yuşşenko isə 2004-cü ildə dioksin maddəsi ilə zəhərlənib.

Viktor Yuşşenko Beynəlxalq Valyuta Fondunu əmin etdi

Yuşşenko Ukraynanın təhlükəsizlik xidməti rəhbərləri ilə axşam yeməyindən bir neçə həftə sonra zəhərlənmişdi. Zəhərə görə üzü xeyli çirkinləşən Yuşşenko 2005-ci ilin yanvarında prezident kürsüsünə əyləşmişdi.

Who really did kill Russian journalist Anna Politkovskaya? | The ...

Anna Politovskaya

 

2004-cü ildə Şimali Osetiyada, Beslanda götürülmüş girovlar məsələsini tədqiq edən jurnalist Anna Politovskaya az qala isti içkinin qurbanı olacaqdı.

Anatoly Sobchak - Wikipedia

Anatoli Sobçak

 

Anatoli Sobçakın da qəribə ölümündən danışırlar. Onun ölümünü tədqiq etməyib hər şeyi zəif ürəyinin üstünə atdılar. Əslində o, mehmanxana lampasına yaxılmış, qızdıqda zəhərli buxar verən toksindən dünyasını dəyişmişdi.

Death of Alexander Litvenenko | Thinking Sideways Podcast

Aleksandr Litvinenko

 

Ən səs-küylü zəhərlənmə isə Putinin düşməni Aleksandr Litvinenkonun başına gəlib. A.Litvinenko eks KQB agenti idi və Putinlə kəskin münasibətləri ilə tanınırdı. Berezovskinin zəhərlənməsi məsələsini tədqiq edən Aleksandr Litvinenko ölkədən qaçandan sonra kitabında gizli laboratoriyanın işindən danışırdı. O, açıq şəkildə Putini ittiham etdiyindən London otellərinin birində səhər çay içərkən zəhərlənib, 2006-cı il noyabrın 23-də Londonda vəfat edib. İndisə son illərdə rus protest elektoratının əsas birləşdirici fiquru Navalnı zəhərlənib.

Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər”

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiya kəşfiyyat xidmətlərinin izləri bu hadisədə hiss olunur. Onun fikrincə, Kremlə problem yaradan adamlar müəmmalı şəkildə ard-arda yoxa çıxarılırlar: “Adlarını çəkdiyiniz Berezovski, Litvinenko və xeyli belə hadisələr olub. Vaxtilə İngiltərənin məşhur nəşri Putindən bu zəhərlənmələri soruşanda demişdi ki, kəşfiyyatin hansısa səhvləri ola bilər, yəni özü dolayısı ilə əmrin Kremldən gəldiyini etiraf etmişdi. Maraqlısı budur ki, Moskva Qərbdən üzləşdiyi bu qədər sanksiyalara baxmayaraq, yenə bu siyasətindən əl çəkmir. Əlbəttə, Navalnı Putinə birbaşa təhlükə mənbəyi deyildi, parlamentdə də təmsil olunmayıb. Düzdür, Moskva meri uğrunda seçkilərdə kifayət qədər səs toplamışdı, amma hər halda qələbə çala bilmədi. Belə desək, o, sistemdənkənar müxalifətin lideri sayılmırdı”.

Xəbərlər: “Navalnı zəhərlənməyib” – - GULUSTAN.INFO

E.Şahinoğlu Navalnının ciddi korrupsiya faktları ortaya qoyduğunu xatırlatdı: “Kremlə yaxın insanlarla bağlı, məsələn, Putinin informasiya ruporu Marqarita Simonyan haqda elə ifşaedici faktlarla dolu reportaj hazırlamışdı ki, inkar edə bilmədilər. Bundan başqa, Malışov adlı Kremlə yaxın tanınmış həkim var, onun xaricdəki villaları, övladlarının bahalı evləri haqda materiallar ortaya qoymuşdu. Bu mənada Putin hakimiyyətinə problem yarada bilirdi. Lakin iddia etmirəm ki, zəhərlənmə əmri birbaşa Kremldən verilib. Amma ona yaxın kadrlar var ki, Putinin rəqiblərini sıradan çıxarır. Necə ki, Nemtsovun öldürülməsi izi birbaşa Kremlə gedib çıxmırdı. Ancaq əsas odur ki, onu kim susdurmaq istəyirdi. Faktiki olaraq, Putini çox sərt tənqid edən siyasətçi Nemtsov idi. İndi də bu proses davam edir. Görün iş hansı yerə çatıb ki, tərəfdarları Navalanını təcili müalicəyə Almaniyaya çatdırır, Fransa prezidenti Makron onun ailəsinə sığınacaq verməyə hazır olduğunu bildirir. Çünki Avropa Putinin rəqiblərinin bir-bir aradan çıxarıldığını görür”.

Analitik hesab edir ki, bu cür qətllər Kremli tənqid edənlərə bir mesajdır: “Kim bizə qarşı çıxsa, onu acı tale gözləyir. Belə çıxır ki, Rusiya nəinki daxilində, xaricindəki qüvvələri də neytrallaşdırır. Bir gün Rusiya kəşfiyyatı hansısa ölkədə özünə rəqib gördüyü adamları da zəhərləyə bilər. Eynilə Ukraynanın keçmiş prezidenti Yuşşenkonu qeyd edə bilərik. Onu zəhərlədilər ki, ruspərəst Yanukoviçin hakimiyyətə yolu açılsın. Amma ölmədi, Almaniyada müalicə olundu. Ona görə biz də diqqətli olmalıyıq, Rusiyanın Azərbaycana təsir imkanları var. Çox təəssüf ki, ”5-ci kolon" deyilən qüvvə burada da var və onların neytrallaşdırılması vacibdir ki rus kəşfiyyatının əlləri bizə uzanmasın"
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam