Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

NAVALNI AVROPAYA APARILA BİLƏR -Həkimi müxalifət liderinin Rusiyadan təxliyyəsini vacib sayır

 

Tomsk şəhərindən Moskvaya qayıdarkən səhhəti kəskin pisləşən Rusiya müxalifətinin əsas liderlərindən biri Aleksey Navalnı Avropaya aparıla bilər.

Yenixeber.org: Terapevt və kardioloq Yaroslav Aşıxmin hesab edir ki, Navalnının Hannover və ya Strasburqdakı xəstəxanaların birinə təxliyyəsi lazımdır.

Aşıqmin bildirib ki, toksikologiya çox spesifik bir sahədir, Qərb klinikalarının imkanları genişdir.

"Ehtimal ki, Navalnını zəhərləyən xüsusi agenti tapmağa da kömək ola bilər" - deyə o qeyd edib. Bildirilir ki, Navalnı 2013-cü ildən bu həkimin xidmətlərindən istifadə edir.

Omsk şəhərindəki təcili xəstəxana baş həkimin müavini Anatoli Kaliniçenko jurnalistlərə bildirib ki, həkimlər Aleksey Navalnının həyatı uğrunda mübarizəni davam etdirir.

"Xəstənin vəziyyəti davamlı ağır olaraq qalır, hələ diaqnoz yoxdur. Eyni zamanda həkimlər travmatik xəsarətləri istisna etdilər" - deyə Kaliniçenko bildirib.

Kaliniçenko əlavə edib ki, zəruri hallarda federal miqyaslı mütəxəssislərin köməyindən istifadə etmək imkanı var, amma buna ehtiyac yoxdur. Müalicə Omsk vilayətinin Səhiyyə Nazirliyi və Rusiya Səhiyyə Nazirliyinin nəzarəti altındadır.

Yerli qərargahın rəhbəri Sergey Boyko isə deyib ki, Novosibirskdə Navalnı özünü izlədiyini görüb. Bunu siyasətçinin mətbuat katibi Kira Yarmış da təsdiqləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam