Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Sarkisyan “yalan maşını”nı niyə işə salıb? -Politoloq rəyi

Sarkisyan “yalan maşını”nı niyə işə salıb? -    Politoloq rəyi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dünən keçirdiyi mətbuat konfransında bir sıra absurd fikirlər səsləndirib. Qarabağ klanının əsas fiqurlarından olan Sarkisyanın Aprel döyüşlərini gündəmə gətirməklə siyasət meydanında aktivləşməsi diqqətdən yayınmır.
Yenixeber.org: Siyasi ekspertlərin fikrincə, sabiq prezidentin uzun müddətdən sonra meydana çıxması daha çox onun Paşinyanı devirmək, qisas almaq istəyindən qaynaqlanır.

Məsələni şərh edən “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, “müharibə təhlükəsi son dərəcə böyükdür” deyən eks-prezidentin indiki siyasi aktivliyi təsadüfdən yaranmayıb: “Paşinyan iqtidara yiyələndikdən sonra devirdiyi keçmiş hakimiyyəti Aprel məğlubiyyətində, döyüşlərdə itkilərin çox olmasında, ordudakı korrupsiyanın tüğyan etməsində ittiham edirdi. Ona görə də Serj Sarkisyan uzun müddət susduqdan sonra indi belə bir mətbuat konfransı keçirməyi məqbul saydı. Amma təbii ki, onun jurnalistlərə söylədiklərinin çoxu yalan idi. Birinci yalanı o idi ki, guya döyüşlər zamanı əməliyyatlarda Azərbaycan tərəfindən Türkiyə və İsrail hərbçiləri də iştirak ediblər. Bəli, biz Türkiyə və İsrail ilə sıx hərbi əməkdaşlıq edir, onlardan müəyyən sursat və müasir texnikaları alırıq. Amma bu o demək deyil ki, iki ölkənin hərbçiləri gəlib Azərbaycan ordusunda komandanlıq edəcəkdilər və s. İkinci yalan ifadəsi isə o idi ki, guya Aprel döyüşləri zamanı planlaşdırılan görüş Tiflisdə keçirilməli imiş Azərbaycan tərəfi isə “yox” deyərək, Moskva variantını irəli sürüb”.



Politoloq bildirib ki, rəsmi İrəvan heç vaxt belə həssas dönəmdə keçirilməsi planlaşdırılan görüş üçün məkanı Gürcüstanı təklif etməzdi. Gürcüstan NATO və Avropa İttifaqının üzvü olmaq istəyən bir ölkədir ki, Rusiya ilə də münasibətləri gərgindir: “Rusiya da imkan verməzdi ki, belə bir görüş Tiflisə salınsın. Ermənistan hakimiyyəti də Rusiyanın bu narahatlığını gözəl anlayırdı və Moskvanı narazı salan təklifi heç vaxt irəli sürməzdi. Amma xatırlayırsınızsa, Prezident İlham Əliyev də həmin vaxtı demişdi ki, Ermənistan rəhbərliyi Moskvaya Azərbaycanın hərbi əməliyyatların dayandırılması ilə bağlı yalvarışla müraciətlər etmişdi. Həmin dövrdə hücumlara tab gətirməyən Sarkisyan maraqlıdır ki, indi mətbuat konfransında itkilər barədə bir kəlmə də danışmadı, normal açıqlama vermədi”.

Elxan Şahinoğlu keçmiş prezidentin başqa bir yalanının isə guya Aprel savaşından sonra Ermənistan rəhbərliyinin hər iki tərəfin əvvəlki mövqelərə qayıtması təklifi olduğunu deyib: “Onun sözlərinə görə, guya Azərbaycan tərəfi bu təklifə cavab veribmiş ki, “biz kifayət qədər itki vermişik, geri çəkilə bilmərik”. Nə qədər absurd, uydurma fikirlərdir. Bu sözlərin mənasız olması sadə məntiqlə anlaşılır. Hansı ordu və ya dövlət əsgər və hərbçilərinin qanı bahasına işğaldan azad etdiyi torpaqları yenidən işğalçıya qaytarmaq barədə danışıqlar apara bilərdi axı?! Hətta onu da deyib ki, guya onlar bundan razı qalıblar. Çünki Azərbaycan tərəfi 94-cü ildə imzalanan atəşkəsə qayıtmağa razı olub. Ona qalsa, həmin atəşkəs heç bu gün də işləmir. Məlum atəşkəs sazişi işləsəydi, ötən ay bütün dünyanın diqqətlə izlədiyi Tovuz döyüşləri də başlamazdı. Bu atəşkəs sazişi artıq bizim maraqlara cavab vermir. Ola bilsin, 90-cı illərin əvvəllərində bizə müəyyən fasilə lazım idi ki, xaosdan yenicə çıxan ordumuzu gücləndirək. Çünki hakimiyyət yeni dəyişmişdi, nizamlı ordumuz yox idi. Artıq şükürlər olsun ki, nəinki nizamlı ordumuz formalaşıb, kifayət qədər hərbi sursat və texnikalarımız, uzunmüddətli istənilən hərbi əməliyyatları aparmağa maliyyə gücümüz də mövcuddur. İnkişafımız göz qabağındadır, bu saziş isə artıq bizim maraqlarımıza cavab vermir”.



Əslində dünənki mətbuat konfransı ilə eks-prezidentin sadəcə özünü sudan quru çıxarmağa çalışdığını deyən politoloqun fikrincə, Sarkisyan dolayısı ilə erməni cəmiyyətinə mesaj göndərdi ki, Aprel hadisələrində onun günahı olmayıb, nə bacardısa, onu edib:
Sarkisyanın müharibə ehtimalının həddindən artıq çoxalması ilə bağlı sözləri doğrudur. Hətta bir fikri yerində səsləndirdi ki, Azərbaycan heç zaman Dağlıq Qarabağın müstəqilliyini qəbul etməyəcək. O, bunu bir qarabağlı kimi dedi və Azərbaycanın da bu məsələdə mövqeyinə yaxşı bələddir. Biz özümüz də ən yüksək səviyyədə bəyanatlar veririk ki, işğal faktoru ilə heç zaman barışmayacağıq və müharibə ehtimalı getdikcə yüksəlir. O, bu həqiqəti söyləməkdə doğru addım atdı. Çünki erməni cəmiyyəti bir daha anlasın ki, biz heç kimin qəbul etmədiyi “müstəqillik”lə razılaşmayacağıq. Müharibə ehtimalının xeyli artması isə əsasən danışıqlarda heç bir irəliləyişin olmaması ilə bağlıdır”.



Politoloq uzun müddət susmuş Sarkisyanın jurnalistlər önünə çıxmasını yenidən hakimiyyətə iddialı olmasından da qaynaqlandığını qeyd edib. Onun fikrincə, mətbuat konfransı siyasi gedişdir: “Köhnə hakimiyyət hazırda Paşinyanın mövqelərinin zəifləməsini gözləyir. Düzdür, Qarabağ klanının əsas fiquru Sarkisyan yox, Robert Koçaryandır. Amma Sarkisyan da vurulan klanın aktiv üzvlərindən biridir. Mümkündür ki, yaxın zamanlarda Sarkisyan Koçaryanla birləşib inqilabla hakimiyyətə yiyələnmiş Paşinyana qarşı müxalifəti gücləndirsin. Sadəcə indi onlar Paşinyanın büdrəməsini gözləyirlər. Yəqin ki, payız aylarında Paşinyanın hakimiyyətdə iqtisadi problemləri artacaq. Onun virusla mübarizədə hələlik uğurları görünmür. Özü də etiraf edib ki, vəziyyət acınacaqlı olaraq qalır. Ona görə də, Nikolun hazırkı mövqelərinin zəiflədilməsi üçün Qarabağ klanı müəyyən kombinasiyalar fikirləşib. Dünənki mətbuat konfransı isə həmin kombinasiyanın ilk addımlarından biri ola bilərdi”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam