Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sarkisyan partiyasını topladı, Qarabağ müzakirə edildi

Sarkisyan partiyasını topladı, Qarabağ müzakirə edildi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası 2020-ci ilə aparıcı siyasi qüvvələrdən biri kimi daxil olur.

Yenixeber.org: Bu barədə partiyanın sədr müavini Armen Aşotyan bildirib. Onun sözlərinə görə, Sarkisyanın iştirakı ilə respublikaçılar ilin yekunlarına dair iclas keçiriblər.
“İclasda 2019-cu ildə Ermənistandakı daxili siyasi, sosial-iqtisadi və xarici siyasət prosesləri qiymətləndirilib. Həmçinin, Qarabağ münaqişəsinin həlli ətrafında son hadisələr və problemlər də daxil olmaqla, regional gündəliyə və təhlükəsizlik məsələlərinə baxılıb. Respublika partiyası 2020-ci ilə Ermənistanda ideologiyası milli dəyərlərə və dövlət maraqlarına söykənən aparıcı siyasi qüvvələrdən biri kimi daxil olur", - deyə Aşotyan qeyd edib.

Xatırladaq ki, dekabrın 4-də Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyana qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürüb. Sabiq prezident 2013-cü ilin yanvarın 25-dən fevralın 7-dək 489 milyon dram (1 milyon dollardan çox) vəsaiti mənimsəməkdə ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam