Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

QUBADA- POLİSLƏR VƏTƏNDAŞIN KÖMƏYİNƏ VAXTINDA ÇATDILAR

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, may ayının 27-də  Quba rayonu ərazisində rayonun 2-ci Nügədi kənd sakini  Rasim Orucova məxsus Vaz 2107 markalı avtomobildə anidən yanğın hadisəsi baş verib. 

Baş verən yanğın hadisəsinə ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Şöbə əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonlarından, eləcə də sudan istifadə edərək yanğının qarşısını vaxtında alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam