Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

POLİSLƏR KƏND SAKİNLƏRİNİN KÖMƏYİNƏ ÇATDILAR-FOTOLAR

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, fevralın 7-də səhər saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun ucqar dağ kəndlərindən olan Qarxun kəndi ərazisində yerləşən bir neçə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon mərkəzindən təxminən 75 km aralıda yerləşən kəndə yollanıblar.

Baş verən yanğın hadisəsinə RPŞ və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların digər yaşayış evlərinə keçməsinin qarşısının alınmasında böyük köməklik göstəriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam