Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qubada yangin: POLİSLƏR KƏND SAKİNLƏRİNİN KÖMƏYİNƏ ÇATDILAR- Fotolar

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, fevralın 7-də səhər saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun ucqar dağ kəndlərindən olan Qarxun kəndi ərazisində yerləşən bir neçə fərdi yaşayış evində yanğın baş verməsi barədə yenixeber.org-a məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon mərkəzindən təxminən 75 km aralıda yerləşən kəndə yollanıblar.

Baş verən yanğın hadisəsinə RPŞ və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların digər yaşayış evlərinə keçməsinin qarşısının alınmasında böyük köməklik göstəriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam