İranla sərhəddə əməliyyat: 55,3 kq narkotik ələ keçirildi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasitənin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb. 10 may tarixində Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunmuş, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılmışdır.
Çantada 3 ədəd bağlamada ümumi çəkisi 11,9kiloqram olmaqla 4900 qram “Marixuana”ya, 3450 qram “Heroin”ə, 1550 qram “Tiryək”ə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub. 10 may tarixində DİN əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kiloqram“heroinə” oxşar vasitə aşkar olunub.
11 may tarixində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunaraq ona “Dayan” əmri verilmiş, qaçaqmalçı dövlət sərhədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçmışdır. Həmin əşyalara baxış keçirilmiş, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”ə, 16305 qram “heroin”ə, 2415 qram “marixuana”ya oxşar vasitə aşkar olunub. Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.