Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

DSX: Ölkəyə narkotik və silah keçirməyə çalışan şəxslər yaxalanıb

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, son həftə ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 mm-lik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Belə ki, 15 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sində iki şəxsin İran İslam Respub­li­ka­sın­dan Azərbaycan Respulikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini verib. Geriyə qaçmağa cəhd göstərən sərhəd po­zucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və təqib edilərək yaxalanıblar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq 800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülüb.

Eyni zamanda 19 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12030 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 mm-lik “Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam