Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət Sərhədini pozan 60 nəfər saxlanılıb

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin iyul ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanılıb.

"Xeberinfo.com":   DSX-nin mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, saxlanılanların 28 nəfəri Azərbaycan, 8 nəfəri Moldova, 7 nəfəri İran, 7 nəfəri Özbəkistan, 6 nəfər Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Nigeriya, Gürcüstan və Banqladeş vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kq 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
22 iyulda Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saat 23 radələrində İrandan Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alınıb. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kq kokos, 2,3 kq tiryək, 80 qram qurudulmuş marixuana, 1550 ədəd psixotrop həb aşkar olunaraq götürülüb.
25 iyulda Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində torpağa basdırılmış bağlamada 2 kq tiryək aşkar olunaraq götürülüb.
Ay ərzində Lənkəran, Lerik, Zaqatala və Balakən rayonları ərazisində 76,5 hektar sahədə aşkar olunmuş ümumi çəkisi 10,5 ton olan çətənə kolları toplanaraq yandırılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 192 ədəd mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam