Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DSX İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıb- FOTO

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış təd­birlərini davam etdirir.

Yenixeber.org: DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, iyulun 5-də “Xaş-xaş 2019” şərti ad altında keçirilən kom­pleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sa­hə­dən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olu­naraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayən­də­lə­ri­nin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.

İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yer­ləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respub­likası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları po­lietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.

İyulun 8-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­bay­can Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hos­sein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb “Metadon”, 10 həb “Tramadol” aşkar olunaraq götürülüb.

İyulun 15-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­­bay­can Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il tə­vəl­lüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub.

Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam