Yardımlını kimlər və necə talan edir?
İcra başçısı Sevindik Hətəmov və müavini Mahir Mirzəyevlə bağlı sensasion ittihamlar...
"Xeberinfo.com": Məlumata görə, təxminən 70 min nəfərə yaxın əhalisi olan Yardımlı rayonunda bu gün bir sıra problemlər mövcuddur.
Rayonda hökm sürən acınacaqlı durumla bağlı əldə etdiyimiz məlumatlara keçməmişdən öncə diqqətinizə çatdırmaq istəyirik ki, Yardımlı rayonuna Sevindik Hətəmov başçılıq edir. Qısaca bildirək ki, Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. Əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışıb. 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor işləyib. Bir çağırış Milli Məclisin deputatı olub.
Prezidentin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O da qeyd olunmalıdır ki, son illər Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının normal fəaliyyətinin təmin edilməsi, habelə yolların əsaslı şəkildə təmir olunması məqsədilə dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılıb. İnsaf naminə bildirmək istəyirik ki, Yardımlı şəhərinin mərkəzində bəzi abadlıq işləri, binaların təmir-tikintisi həyata keçirilib. Amma bütün bunlara baxmayaraq, rayonda olduqca ciddi problemlər mövcuddur. Başqa sözlə desək, rayonun gözəlləşməsi və inkişafı üçün büdcədən ayrılan vəsaitlərlə görülən işlər tərs mütənasibdir. Yardımlıdakı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlara gürə, rayon ərazisində iri su mənbələri olduğu halda, yerli əhali susuzluqdan əziyyət zəkir:
"Sevindik müəllim icra başçısı vəzifəsinə təyin olunanda bizə söz verdi ki, nə probleminiz varsa, hamısını tezliklə həll edəcəm. Biz onun verdiyi vədlərə inandıq. Rayonun keçmiş rəhbərliyinin dövründə də su problemi aktual idi. Sevindik Hətəmov gələndən sonra su problemi daha da ciddiləşib. Məcburiyyət qarşısında qalıb 15-20 manata su alırıq. Hətta su problemi bir sıra kəndlərdə daha dözülməz vəziyyət yaradıb. Hazayurd və Sineer adlanan yüksəkliklərdəki su mənbələrinin hesabına rayonun onlarla kəndini su ilə təmin etmək mümkündür. Di gəl ki, rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların rəsmiləri bunun üçün heç bir tədbir görmürlər. Büdcədən vəsait ayrılır, amma bu kimlərinsə cibinə gedir. Su almağa pulu olmayan vətəndaşlar isə ucqarlardan piyada şəkildə su daşıyırlar. Susuzluq həmzinin bağların məhv olmasına, əkinçiliyin minimuma enməsinə səbəb olub".
Yardımlıda mavi yanacaqla bağlı problemlərin də kifayət qədər çox olduğunu deyən mənbə qeyd etdi ki, dövlət tərəfindən vətəndaşların qazla təminatının yaxşılaşdırılması üçün vəsait ayrılsa da, buna müvafiq iş görülmür:
"Rayonun yalnız mərkəzi hissələrində qaz var. Həmin ərazilərdə ya imkanlı, ya da vəzifəli şəxslər yaşayır. Əksər kəndlərdə isə mavi yanacaq yoxdur. Əhali uzun illərdir ki, qaz üzünə həsrət qalıb. Mərkəzi qaz xətti Sırıq, Bozayran, Bğrzğmbğl, Bilnə, Horavar, Əngüvül və digər kəndlərin ərazisindən keçsə də, hətta bəzi kəndlərdə evlərə xətlər çəkilsə də, indiyədək sakinlərə mavi yanacağın verilməsinə başlanılmayıb. Vətəndaşlar bu barədə aidiyyəti dövlət qurumlarına dəfələrlə yazılı və şifahi formada müraciət ediblər. Lakin hez bir nəticəsi yoxdur. Mavi yanacağın olmaması isə Yardımlı meşələrinin qırılmasına gətirib zıxarıb. Belə ki, sakinlər istilik vasitəsi əldə etmək ğzğn məcburiyyət qarşısında meşə massivlərini qırırlar. Halbuki, Sevindik Hətəmov vəzifəyə yeni təyin olunanda bu kimi problemlərin tezliklə aradan qaldırılacağına dair söz vermişdi. Təəssüf ki, o bizə verdiyi sözü tutmadı. Hazırda rayonda bütün sahələrdə problem hiss edilməkdədir. Təhsil və səhiyyə sahəsində dəhşətli qanun pozuntuları, maxinasiyalar üzə çıxmaqdadır. Ucqar kəndlərdə təhsilin səviyyəsi çox aşağıdır. Rayonun təhsil şöbəsinə ayrılan pulların hansı işlərə sərf edildiyi məlum deyil. Bəzi ucqar dağ kəndlərindəki məktəblərin adı yalnız sənəd üzərində mövcuddur. Faktiki olaraq isə həmin məktəblərdə dərs keçirilmir. Bununla belə, fəaliyyətsiz məktəblərdə onlarla müəllim və texniki işçi zalışır. Təbii ki, bunun nəticəsində dövlətin büdcəsinə ziyan dəyir. Səhiyyə müəssisələrində də vəziyyət normal deyil. Rayonun mərkəzi xəstəxanası da daxil olmaqla Yardımlıdakı bütün tibb mərkəzlərində özbaşınalıq hökm sürür. Həkimlər işlərini doğru-düzgğn icra etmirlər".
Mənbənin dediyinə görə, Yardımlının kənd yolları da bərbad vəziyyətdədir: "Rayon mərkəzini və kəndlərini iki yerə ayıran Viləş çayı üzərində körpülərin olmaması yerli əhaliyə ciddi problemlər yaradır. Kənd yollarının durumu ürəkaçan səviyyədə deyil. Rayonun daxili büdcəsi, həmçinin dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri ilə bərbad durumda olan yolları təmir etmək mümkündür. Lakin icra başçısı bu işlərin həyata keçirilməsində maraqlı deyil. O rayonu vətəndaşların ürəyi istəyən şəkildə deyil, öz bildiyi formada idarə edir. Ki, bunun acı nəticəsi göz qabağındadır. Rayonda camaatın dolanışığı çox ağırdır. Yerli idarə və mğəssisələrin əksəriyyətində vətəndaşların süründürməçiliyə məruz qalması hallarına rast gəlinir. Bəzi xırda rütbəli məmurlar vətəndaşlardan nəysə almamış onların şikayətinə baxmır. İcra başçısının və digər məmurların qanunsuz əməllərindən bezən əhali nə edəcəyini bilmir".
Deyilənə görə, Sevindik Hətəmov müavini Mahir Mirzəyevlə əlbir şəkildə müxtəlif qanunsuz işlər törədir: "Hər il dövlət büdcəsindən rayona külli miqdarda pul ayrılsa da, inkişaf məsələsi müşahidə olunmur. Rayonu yaman günə salan isə icra başçısı və müavini Mahir Mizəyevdir. Bu şəxs rayonu bütünlüklə ələ alıb. 2006-cı ildən vəzifə başında olan icra başçısının müavini işlərini həyata keçirmək üçün maraqlı addımlar atıb. Belə ki, Mahir Mirzəyev vəzifəyə qoyulandan indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır. Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına "Bəhruz", "Deman", "Savalan 2008", "Səbuhi", "Göy göl", "Naxis", "Veteran", "Caspian Fruit Co", "Amid", "Habil", "Rəşad", "Qadir 1960" və "Reyhan" MMC-lər daxildir. Adını çəkdiyim bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev və Sevindik Hətəmov hazırda bəzi tender əməliyyatlarını "Kainat 79", "Qafqaztikintiquraşdırma", "Sanofen", "Trendservis", "RMT inşaat, "Terminal-A", "Azadlıq LTD", "Constella", və "Sistem X" MMC-lər vasitəsilə həyata kezirirlər. Bakıda qeydiyyatdan kezirilmiş firmaların rəhbərləri ilə Mahir Mirzəyev ayda bir dəfə görüşür. Məqsəd onlardan vəsaiti nağd şəkildə alıb, şəxsən kiməsə verməsidir".
Apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, Mahir Mirzəyev səlahiyyətlərindən istifadə edərək yaxın qohumlarını ayrı-ayrı vəzifələrə yerləşdirib:
"Məsələn, onun əmisi oğlu Akif Mirzəyev Yardımlı Əhalinin Sosial Mğdafiəsi Mərkəzində, qaynı Vğqar Məmmədov Yardımlı Rayon Polis şübəsinin müavini, xalası oğlu Rakif Səlifov idman idarəsinin rəisi, bibisi oğlu İlham Abdulov qaz idarəsinin mühəndisi, bacanağı Elman İsmayılov meşə idarəsinin mühasibi, digər bacanağı Asif Təhməzov meşə idarəsinin inspektoru, əmisi oğlu Elzin Mirzəyev RİH-in müavini vəzifələrində işləyir".
Növbəti yazımızda Mahir Mirzəyevin Yardımlıda vəzifə tutan digər qohumları, hansı məmurun diplomunun saxta olması və icra başzısı Sevindik Hətəmovun üzbaşına əməlləri barədə şok faktları açıqlayacağıq.
Yazı ilə bağlı bütün tərəfləri dinləyə bilərik. (cumhuriyyet.az)