Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısı bir gecədə necə 550 min manat itirdi?

Sevindik Hətəmov bir gecədə necə 550 min manat itirdi?

 

Yardımlının icra başçısı karxanasını satdıqdan bir gün sonra manat dəyərdən düşüb 

Xeberinfo.com:  Azərbaycanın ən ucqar rayonlarından biri olan Yardımlı özünün ağır günlərini yaşayır. Güclü qarın yağmasından sonra kəndlərarası yolların bağlanması, yolsuzluq, qazsızlıq, susuzluq dərdinin üzərinə, bir də səriştəsiz icra başçısının səriştəsiz idarəetməsi gəldikdə dərd şişib, Yardımlı dağlarından da böyük olur. 

Məlumata görə, icra başçısı Sevindik Hətəmovun bacarıqsızlığı, daha çox pul qazanmaq həvəsi rayon camaatını səfil günə salıb. İşsizlik, üzərindən bir də yoxsul əhalinin çoxluğu məsələsi Yardımlı əhalisini çıxılmaza salıb. Amma bunun Hətəmova heç bir aidiyyatı yoxdur. Ona görə ki, onun əsas missiyası pul qazanmaq və qısa müddətdə Yardımlıdan başqa bir rayona icra başçısı getməkdir. 
Rayondan gələn xəbərlərdə vurğulanır ki, son dövrlər vəziyyəti bir xeyli ağırlaşan Hətəmovun tez-tez Bakıya getdiyi vurğulanır. Onun nəqliyyat naziri Ziya Məmmədovun kadrı olması və bunun artıq üzə çıxması səbəbindən sıxıntı yaşaması ciddi problemə çevrilib. Ona görə ki, Ziya Məmmədov artıq hakimiyyət tərəfindən vurulmaqdadır və tez bir zamanda postunu itirəcəyi gözlənilir. Bu səbəbdən də onun bütün kadrlarının işdən çıxarılacağı qaçılmaza çevriləcək. 

Demokratiya.info bildirir ki, Ziya Məmmədovun himayəsi altından çıxaraq, başqalarının himayəsinə girmək üçün çalışan Hətəmov bu səbəbdən davamlı olaraq Bakıya gedərək, orada müxtəlif şəxslərlə görüşməyə çalışır. Belə deyilir ki, bunun üçün icra başçısı Qaradağda bir neçə daş karxanasından birini satıb. Lakin əlindəki pul da dekabrın 21-də «yanaraq» heç olub. Bəzi iddialara görə, həmin karxananı 1 milyon manata «xırd» edən icra başçısı bir gün sonra pulun dəyərdən düşməsi səbəbindən ziyan çəkib. Nəticədə, 550 min manatlıq bir zərərlə üz-üzə qalıb. 
Rayondan gələn xəbərlərdə o da vurğulanır ki, Sevindik Hətəmov həm himayədar tapa bilməməsi, həm də karxana satışından ziyan etməsindən bərk qəzəblənib. Ona görə də, Yardımlıya qədəm qoyar, qoymaz bütün idarə və müəssisə rəhbərlərini başına toplayaraq onlardan pul yığmalarını tələb edib. Və bunu belə əsaslandırıb ki, guya, yuxarıların tapşırığıdır, Bakıda müəyyən işlər görülməlidir. 

Aydın məsələdir ki, bütün bunlar blefdir. Məqsəd karxana satışında edilən zərəri qarşılamaqdır. Amma Yardımlıdakı idarə və müəssisə rəhbərlərinin maddi imkanları o həddə deyil ki, 550 min manatlıq bir açığı qapada bilsinlər. Ona görə də, onlar da əhalinin üzərinə gedərək, pulu onlardan çıxarmağa çalışırlar.

Sonda onu da bildirək ki, Sevindik Hətəmovun ən böyük arzusu Qaradağa icra başçısı təyinatı almaq idi. Lakin gedişat belə deməyə əsas verir ki, onun bu arzusu reallaşmayacaq. Çünki himayəçisi Ziya Məmmədov artıq vurulur, onun başqa bir himayəçi tapması sual altındadır. Üstəlik, rayonda yaratdığı dözülməz vəziyyətdə göz qabağındadır ki, bu da ona yenidən etimadın göstərilməyəcəyini deməyə əsas verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam