Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Altı ildir “təmir”i bitməyən Bərdənin Nüşabə qalasından– FOTOREPORTAJ

Altı ildir “təmir”i bitməyən Bərdənin Nüşabə qalasından

 

 

Bərdənin 19 tarixi abidəsindən biri olan Nüşabə qalası sonuncu dəfə 1957-ci ildə təmir olunub. Lakin erməni mütəxəssislər təmir adı altında qalaya daha çox zərər vurmaq üçün üstünə qalın beton örtüyü çəkiblər. Erməni əsilli bir memar tərəfindən qalaya ümumi çəkisi 50 tona yaxın olan beton örtük qoyulub və bu dizaynla o, qaladan türbəyə çevrilib. Bu da abidənin həddən artıq yüklənməsinə və sıradan çıxmasına səbəb olub

 

Yenixeber.org: Tikilinin bərpası üçün uzun  fasilədən sonra - 2012-ci ildə təmir işinə başlanıb, lakin altı ildir başlayan işlər hələ də yekunlaşmayıb. Təmir işlərini isə Mədəniyyət Nazirliyinin yerli şöbəsi aparır.

Təmir işlərinin getdiyi qalaya baş çəkdik. Məlum olub ki, təmir-tikinti işlərində azərbaycanlı ustalarla yanaşı, İrandan gələn memarlar da çalışır. Türbənin həyətində və giriş qapısında da abadlaşdırma işləri aparılır.

Məlumat üçün qeyd edək ki, Bərdə türbəsi 1322-ci ildə dahi Azərbaycan memarı Əcəminin yetirməsi olan Əhməd ibn Əyyub əl Hafiz tərəfindən inşa edilib. Hündürlüyü 13, diametri isə 60 metrdir.
 

Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini “Nüzhət əl Qülub” əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İskəndər tərəfindən tikdirildiyini yazıb. O qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb. Nizami Gəncəvi də “İsgəndərnamə”də Bərdə qalasının təsvirini verib. 

Türbənin yerüstü hissəsində bəzək ünsürü olaraq silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədə 200 dəfədən artıq “Allah” sözü yazılıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam