EVİMİZ BİLMƏDİYİMİZ ŞƏHƏRİMİZ
EVİMİZ BİLMƏDİYİMİZ ŞƏHƏRİMİZ
Yenixeber.org: Mənim doğulub boya- başa çatdığım Şəmkir rayonunda bir kənd var. Adı Düyərlidir,rayonun ən böyük kəndlərindən biridir. Dəyərli dostum tədqiqatçı- toponimçi Nazim Tapdıqoğlu "Şəmkir rayonu və onun toponimiyası" qısa ensiklopedik dərgisində yazır: "Düyərli toponimi özündə oğuzların düyər (dügər) tayfasının adını əks etdirir. Türkdilli düyərlər on birinci- on ikinci əsrlərdə Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmişlər. M. Kaşqariyə görə kəndin adı "Dədə Qorqud"dastanında adı çəkilən xalq qəhramanı, minbaşı Döyərin adı ilə bağlıdır ".
Əziz oxucular, mənim məqsədim kəndimizə qonşu olan Düyərli kəndinin dünənindən və bu günündən söhbət açmaq deyil. Sadəcə uzun illər yaşadığım və Bakı şəhərinin meri Hacıbala müəllimin hər çıxışında "sizi inandırıram ki, Bakı Azərbaycanın paytaqdır" dediyi Bakıyla müqayisə etməkdir. Sovet dönəmində Düyərliyə əsil sosialist kəndi deyirdilər. Planlı tikilmiş evlər, abad küçələr, həyət- bacalar başqa kəndlərdən Düyərlini fərqləndirirdi. Kənddə iki məktəb, 2 kitabxana, mədəniyyət evi, kulub, uşaq baxçası, əmanət kassası, xəstəxana, məscid, poçt, rabitə şöbəsi, avtomat- telefor stansiyası, elektrik dəyirmanı, çörək zavodu, müxtəlif ticarət , məişət, iaşə obyektləri, müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidə, maşın təmiri sexləri və s. var. Hətda bu kəndin sovxoz idarə heyyəti sovet dönəmində yaradıcılıqlarında kənd təsərrüfatı sahəsini daha işıqlandıran şair və yazıçılar üçün "Qızıl sünbül" ədəbii mükafatıda təsis etmişdi. Səhf edtmirəmsə bu mükafatı ilk alanların arasında Sabir Azəri də var idi.
Bütün bu sadaladıqlarım ona görədir ki, bu gün kənddə höküm sürən səliqə-səhman adamın ürəyini açır, sevindirir. Bu yaxınlarda orda- küçələrdə, həyət- bacalarda gördüyüm səliqə-səhman məni bu yazını yazmağa sövq elədi.
Yazının başlığını ona görə "Evimiz bilmədiyimiz şəhərimiz" qoydum ki, biz bunu bacarmırıq, istəmirik. İstəsəydik, bacarsaydıq bu gün paytaq dediyimiz Bakı bu qədər çirkablı və səliqəsiz olmazdı. Çox maraqlı və təəccüblüdür ki, istər məmurlar, istərsədə sadə vətəndaşlar bunun fərqində deyillər. Bəzən görürsən ki, kimsə Bakıya gələn əcnəbi qonaqları çıxarır TV-lərə və onlar da başlayırlar Bakının gözəllik və səliqəsindən ağız dolusu danışmağa. Doğrudur, Bakı gözəldir, baxımlıdır,amma təmiz deyil. Mən bunu əminliklə deyirəm. Ona görə ki, bunu görürəm. Və bu yerdə böyük təssüf hissi keçirirəm ki,niyə bir əyalət kəndində olan səliqə-səhman, təmizlik mənim paytaxdımda yoxdur?!
Düyərlidə demək olar ki, bütün küçələr asfaltlaşdırılıb, qapıların ağzında su kıranları qoyulub və küçələr sakinlər tərəfindən mütamadi olaraq yuyulur. Hər tərəfdə səliqə- səhman göz oxşayır, adamın ürəyini açır. Küçədə xırda bir zibil tullantısına rast gəlməzsən. Deyir: "Təmizlik imandan gəlir". Belə olan halda deyə bilərik ki,Düyərli camaatı imanlıdı. İmanlı adamların da ruzi- bərəkətini Allah verir.
Bu gün Bakının ən gür, adam çox olan yeri 20 Yanvar metrosunun yanıdır desəm, heç də yanılmaram. Burda olan natəmizlik, səs-küy, qanunsuzluq, başıpozuqluq, basa-bas nəyinki ölkənin heç bir yerində, mən deyərdim ki, dünyanın ən geridə qalmış, qanunları işləməyən bir ölkəsində də belə yoxdur. Bilmirəm bizə bu əzabı, bu zülümü verən Allahdır, yoxsa qanunları ayaq altına atıb, tapdalayan bəzi üzdəniraq dövlət adamlarıdır? Vallah, billah, belə yaşamaq mümkün deyil! Belə yaşamaq it əzabıdır. Onu da biz yaşayırıq. Bu haqqda dəfələrlə yazmağıma baxmayaraq, diqqət yetirən, tədbir görən yoxdur. Nə vaxta kimi?!
Natənizlik, qanunsuzluq təkcə 20 Yanvarda olsaydı bəlkə də bunun bir bəhanəsi olardı. Amma çox təssüf ki, bu natəmizlik, qanunsuzluq şəhərin hər yerində olduğu kimi ölkədə də mövcuddur. Hər addım başı rastlaşdığımız mağazaların qarşısını hərə istədiyi formada düzəldir. Səkilərdə bir pintilik, bir səliqəsizlik yaranır ki, bu da camaatın rahat gediş- gəlişinə əngəl törədir. Səki dağıdılır, küçənin qırağına
yeni bahalı- bahalı bardurlar qoyulur, küçəyə asfalt basılır və işçilər işlərini bitirmiş kimi çıxıb gedirlər. Səkini düzəltmək ya yaddan çıxır, ya da mağaza sahiblərinin öhtəsinə buraxılır. Burdan da pintilik, səliqəsizlik yaranır. Məlumdur ki, şəhərin təmizliyinə milyonlarla manat pul ayrılır. Bir elə pulun qarşılığınd heç nə ortada yoxsa, deməli ayrılan pulu kimlərsə çox rahat və ap- arxayın yeyib, üstündən də qalı su içirlər. Təbii ki, onlar ən bahalı suları içə bilərlər. Ona görə qazlı deyirəm ki, qazlı suyu içdikcə adam qazlaşır. Gözü qanun- qadağanı belə görmür. Şükür, bizdə dövlətin, millətin pul-parasını talayan, dağıdan o qədər qazlı adamlar var ki!
Gəlin bir vətəndaş olaraq, hər birimiz ölkəmizi,şəhərimizi, kəndimizi, elimizi- obamızı evimiz bilək, onun çiçəklənməsinə, gözəlləşməsinə, təmizliyinə diqqət yetirək. Bir sözlə imanlı olaq!
Məhərrəm Şəmkirli
AJB-nin üzvü.