Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Lütvəli Babayevə şok ittihamlar:"şəhid ruhunu təhqir edir, ailəsinə düşmən düşmən gözü ilə baxı"!?

 

 

 

 

 

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna zerdabrayonu.zerdabrayonu@mail.ru emaildən Zərdab rayonu Böyükdəkkə kənd sakini şəhid atası Abdullayev Rasim Tapdıq oğlunun şikayət məktubu daxil olub. Müəllif müraciətində oğlu Nurlanın məlum aprel döyüşlərində mərdliklə şəhid olmasından və rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin şəhid ruhuna təhqiramiz yanaşımından bəhs edir. Biz müraciətdə yer alan ittihamlarla bağlı Zərdab Rayon İcra Hakimiyyətindən də mövqe öyrənmək istədik. İcra başçısı bizimlə telefon danışığında bildirdi ki, artıq mövzu ilə bağlı digər media orqanına cavab verib. Bu səbəbdən də danışmaq istəmədi.Qeyd edək ki, Lütvəli müəllim açıqlamasında bildirib ki, "Rasim Abdullayevin müraciətində qeyd edilən fikirlərin heç bir əsası yoxdur, şantaj və böhtan xarakterlidir". Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

"Mənim oğlum 14 fevral 1994-cü il tarixdə anadan olmuş Nurlan 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. O hərbi xidməti Naxçıvanda etmişdir. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu.Şəhid Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində  Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı.Biz  icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik.Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi.Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm ora xərcləyəcəm.İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, sənə, sizə nə köməklik edəcəm, oğlunun meydini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir. 

Mən özüm də Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Qarabağ müharibəsi veteranıyam,Xəstəliyə görə  2-ci qrup əliləm.
Qeyd edim ki, yoxsulluq həddində yaşayırıq.Evimiz çiy kərpicdəndir.Kasıb yoxsul komamızın təmirinə ehtiyac olsa da köməlkilik edən yoxdur.Bizim ailənin yaşayışını gəlib görən olsa dəhşətə gələr Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik.Çünki oğlum həmin məktəbdə oxuyub.İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin.Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizidə rədd etdi.Lütvəli Babayev bizə düşmən gözü ilə baxır.O, həttda şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı.Lütvəli Babayevi nə vətən, nə dövlət, nədə ki, şəhid maraqlandırmır.Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm.Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq.Biz bununla fəxr edib, qürur duyuruq.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident  Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın  adını verəsiniz.05 aprel 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm.Xahiş edirəm gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına  baxın.Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam