Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Zaqatalada icra başçısından giley edirlər...Video

 

Zaqatalanın Ələsgər və digər qonşu kəndlərinin sakinləri uzun illərdir rayonun mərkəzindən uzaq qalıblar

Yenixeber.org: Rayonun mərkəzi ilə bu kəndlər arasında axan geniş çay sakinlərin gediş-gəlişinə ciddi problemlər yaradır.
Kənd sakinləri bu çaydan keçərək gündəlik ərzaq malları almağa, rayonun mərkəzi xəstəxanasına gedərkən öz həyatlarını da ciddi təhlükə altına atmış olurlar.
Çünki heç kəs həyatdan sığortalanmayıb və demək olar ki, hər gün çayda boğulma hadisələrini eşidirik.
Sakinlərin sözlərinə görə, bu kəndlərdən mərkəzə getmək üçün həftədə 3 dəfə bir avtobus işləyir, o da çox az intervalla.
Zaqatala RİH-dən bu çayın kənarına bənd çəkiləcəyi ilə bağlı dəfələrlə vədlər verilib, ancaq indiyə qədər bir tədbir görülməyib.
Səhhətində problem yaranan şəxslərə çağırılan təcili tibbi yardım yolların pis olması səbəbilə bir neçə saata gəlir. Ağır xəstələrin ağrıları baş qaldıranda xəstə doğmaları böyük narahatlıq keçirir.

Məsələyə münasibət öyrənmək üçün Zaqatala RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın iş nömrəsi ilə əlaqə saxlamaq istəsək də dəstəyi qaldıran olmadı.
Rayon icra hakimiyyətinin digər məsul şəxsləri ilə əlaqə yaratmaq da mümkün olmadığı üçün Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadədən münasibət öyrənmək istədik.
Dəstəyi başçının köməkçisi Xəqani Məmmədov qaldırdı. Davamı videoda...

 

[media=https://www.youtube.com/watch?v=LRPQGU7QjW8


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam