Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zaqatalada güclü leysan:evləri su basdı, maşını sel apardı

 

Zaqatalada güclü leysan:

 

Zaqatalaya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib

Yenixeber.org:  Aprelin 13-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Fasilələrlə qısamüddətli yağışlar yağır, havanın temperaturu 8-10 dərəcə düşüb.

Aprelin 14-dən 15-ə keçən gecə Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb.

Leysan nəticəsində mənbəyini dağlardan götürən iri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb, bəzi çaylarda qısamüddətli sel yaranıb.

Rayonun Mazıx kəndi ərazisindən axan Dəli çayında qısamüddətli sel keçib, çay məcrasından çıxıb. Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşu tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb.

Mazıx kənd sakininə məxsus "VAZ 2106" markalı maşını sel aparıb.

Leysan yağışları nəticəsində qəzalarla bağlı gecə saatlarında rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayonun Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarını ziyan dəyib.

Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları gecə saatlarından başlayaraq Mazıx və digər kəndlərdə yaranan problemlərin həlli istiqamətində işlər aparır, sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları baş verən qəzaları aradan qaldırılması istiqamətində tədbirlər görür. Səhər saat 10 radələrinə rayon ərazisinə elektrik enerjisinin verilməsi bərpa edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam