"Zərdab Respublikada ən geridə qalmış rayondur" -İcra başçısından şikayət
“Cənab Prezident! Zərdab Respublikada ən geridə qalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı Lütvəli Babayevdir...”
Yenixeber.org: Zərdab rayonundan bir qrup sakin Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Həmin müraciətin bir surətini də “Təzadlar”a göndəriblər. Aşağıda ixtisarla təqdim edirik:
- Çox hörmətli cənab Prezident!
Düz 10 ildir ki, Lütvəli Babayev Zərdab rayonunda icra başçısıdır. Gəlin baxın, Zərdab respublikada ən geridə qalmış rayondur ki, bunun da bir nömrəli səbəbkarı Lütvəli Babayevin olduqca zəif fəaliyyətidir. Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi magistral yolları tamamilə yararsız vəziyyətdədir. Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb. Rayonun mərkəzi küçələri zibilliklərə, sahibsiz itlərə qərq olub. Bu 10 il ərzində Lütvəli Babayev, ancaq fərqli işlərlə məşğul olub. O, bu 10 ildə rayonda həyata keçirdiyi bir dənə tutarlı işi nümunə çəkə bilməz ki, məsələn, bunun nəticəsində çoxsaylı iş yerləri açılıb. Rayon sakinləri Allahın ümidinə öz başlarını saxlayırlar. Kənd yollarımız keçilməzdir, viran gündədir. Kəndlər, sanki donub, 21-ci əsrin kənd həyatını yaşamırlar. İş yerləri yoxdur, kənd cavanları rayonu tərk edib şəhərlərə üz tuturlar. Buna görə Zərdab respublikada ən yoxsul, şəraitsiz rayondur. Lütvəli Babayevin apardığı siyasətin nəticəsində sahibkarlar öz iş yerlərini bağlayırlar. Dəhşətlisi odur ki, hətta çayxana ilşlədənlər də kimlərəsə haqq verirlər. Rayon sakinləri bu səbəbdən icra başçısından tamamilə narazıdırlar. Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir. Lütvəli Babayevin yaxın günlərdə Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyi barədə yaxın ətrafına deyib. Elə buna görədir ki, sahibkarlara hücum çəkib hərədən 500 -1000 manat arası pul yığılır. Lakin adını belə qoyublar ki, guya pambıq əkilməsi üçün pul toplanılır. Axı Dövlət büdcəsindən bu sahəyə vəsait ayrılıb, yardım verilir.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik, Zərdab rayonunu kasıb və lüt vəziyyətə salmış Lütvəli Babayevin barəsində tədbir görülsün.
Zərdab rayon sakinləri,
Qasımov Faiq Nəsir oğlu, Sadıqova Səmərrux Eldar qızı, Mehdiyeva Aybəniz Rafiq qızı, Əliyev Lətif Səhrab oğlu, Süleymanova Xədicə Məmməd qızı, Vəliyev Qurban Oruc oğlu və başqaları.
Redaksiyadan: Təəssüflər olsun ki, müraciətlə bağlı Zərdab rayon RİH rəhbərliyinin mövqeyini hələki öyrənə bilmirik, telefon zəngimizə cavab verilmir.