Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

”Kəndimizdə rəsmən həyat sönüb”

lerik

 

İcra Hakimiyyətindən: ”Kəndin sakinlərinə nə qədər şərait yaradılsa da, daim şikayətçidirlər”

Xeberinfo.com:  Lerikin Veri-Babakücə kəndinin sakinləri şikayətçidir. Onlar  3800-dən çox əhalisi olan kəndin yollarının bərbad olduğunu, gediş-gəliş zamanı problem yaşadıqlarını deyirlər.

Kənd sakini Azər Kazımzadə deyir ki, Veri-Babakücə kəndində həyat rəsmən sönüb. Kəndə gedən əsas magistral yol – 14 km-lik Piran-Veri yolu çox pis vəziyyətdədir:

“Bu yolun təmiri ilə bağlı dəfələrlə müvafiq orqanlara müaricət etmişik. Həmişə də eyni cavab almışıq: “Pul ayrılsa, yolun təmirinə başlanacaq”. Əfsuslar olsun ki, bugünümüzə qədər kənd əhalisi həmin yolu yalnız öz vəsaiti hesabına təmir etdirib. Dövlət tərəfindən baxan olmayıb”.

“Çıxış yolu odun sobası qoymaqdır”

Sakinlər bildirirlər ki, bu durum neft-qaz ölkəsinə yaraşmır. Xaricə qaz satan ölkənin kəndində mavi yanacaq da yoxdur:
“Kəndimizdə hələ də əhali mavi yanacaqla təmin olunmayıb. Baxmayaraq ki, əsas qaz borusu kəndimizin 3 km yaxınlığından keçir. 3 km-lik qaz borusunu çəkmək nə böyük problemdir ki, müafiq qurumlar buna pul tapa bilmirlər? Nəticədə, olan meşələrə, ağaclara olur. Qaz problemi həll edilməyənə qədər də belə davam edəcək. Meşələr məhv olacaq. Camaat soyuqdan qırılası deyil ki. Hər halda çıxış yolu odun sobası qoymaqdır”.

“Bizim günahımız nədir ki, belə zülmə rəva görülürük?”

Azər Kazımzadə kəndin tək probleminin yol, qaz olmadığını söyləyir. Deyir, kəndin mərkəzində 1-2 il əvvəl gətirib bankomat quraşdırıblar. Həm öz kəndlərinin, həm də qonşu kəndin sakinləri bu bankomatdan istifadə edir:

“İndi bu bankamatı kənddən aparmaq istəyirlər. Halbuki, bu bankomat nəinki Veri, hətta qonşu kənddə yaşayan insanların da imdadına çatır. Əvvəllər insanlar pensiya və maaşlarını almaq üçün ya Lerikə, ya da Lənkərana gedirdilər. 1-2 ildir ki, bu problem həll edilmişdi. İndi bizi yenidən dərdə salmaq istəyirlər”.

Azər Kazımzadə deyir ki, Lənkərana getmək insanlara 30-50 manata başa gəlir. Qışda isə qar və çovğun nəzərə alınsa, hətta 60-70 manatları çıxır:

“100 manat pensiya alana lazımdır 60-70 manatlıq yol xərci? Yaşlı insanların ümidi o 100-150 manat təqaüdədir. Bu yaşlı vaxtlarında min bir dərdləri, problemləri var. Qışın bu soyuğunda,yolların bərbad vəziyyətdə olmasını da nəzərə alsaq, bu adamlar neyləməlidirlər? Bizim günahımız nədir ki, belə zülmə rəva görülürük?”

Veri-Babakücə kəndinin sakinləri bütün bu problemləri ilə bağlı prezident İlham Əliyevə müraciət edirlər. Ondan xahiş edirlər ki, müvafiq orqanlara tapşırıq verərək, onları bu problemlərdən qurtarsın.

“İcra hakimiyyəti bu yaxınlarda həmin yolu təmir etdirib”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Arzu Vəliməmmədova kənd sakinlərinin onlara müraciət etmədiyini söyləyib. Bildirib ki, Veri-Babakücə kəndinin yolu dəfələrlə rayon icra hakimiyyətinin vəsaiti hesabına təmir edilib. Sadəcə Veri-Babakücə ucqar dağ kəndidir və  təbiət hadisələri səbəbindən yollar tez-tez dağılıb, sıradan çıxır:

“Ona görə də icra hakimiyyətinin daimi nəzarətindədir. Bu yaxınlarda da həmin yol təmir etdirilib”.

“Əvvəl-axır bütün kəndlər qazlaşdırılacaq”

O ki qaldı kəndin qaz probleminə, Arzu Vəliməmmədova deyir ki, bu problem rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Dövlətin diqqətində olan bir məsələdir:

“Plan necə qurulubsa, elə də gedəcək. Qaz çəkilişlərinə dövlət nəzarət edir. Əvvəl-axır bütün kəndlər qazlaşdırılacaq. Belə məsələlər dövlət səviyyəsində həll edilir”.

“Həmin kəndin əhalisi bir az narahatdır”

Arzu Vəliməmmədova sakinlərin bankomatla bağlı şikayətinə də fikir bildirdi:

“Ola bilməz ki, kəndin tək bankomatı götürülə və başqa tədbir görülməyə. Yəqin bankomatı münasib ərazidə yerləşdirmək istəyirlər. Bankomat ortaq bir nöqtədə qoyulacaq ki, bir neçə kəndlə eyni məsafədə olsun və hamı istifadə edə bilsin. Sadəcə həmin kəndin əhalisi bir az narahatdır. Onlara nə qədər şərait yaradılsa da, daim şikayət edirlər”. (meydan.tv)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam