Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xocali soyqırımı günü kəlbəcərliləri işıqsız qoydular -Goranboyda rəzalət

Goranboy rayon Elektrik Şəbəkəsi rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinin elektrik enerjisini kəsib.

Yenixeber.org:  Bu barədə həmin köçkünlər məlumat verib. Kəlbəcər köçkünləri redaksiyamıza yolladıqları müraciətdə Goranboy Elektrik Şəbəkəsinin rəhbərliyinin Azərbaycan Prezidentinin fərmanına sayğısızlıq göstərməkdə ittiham edib.

Köçkünlər yazır:
Biz 20 ildir ki, Goranboy rayonunun Xoylu kəndində yaşayırıq. Hazırda 5 təsərrüfat olmaqla 20 nəfər burada məskunlaşmışıq. Qaz xəttinin yaxınlığımızdan keçməsinə baxmayaraq, 20 ildir ki, bizə qaz çəkilməyib. Ölkə başçısı 14 fevral 2017-ci ildə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə yeni fərman imzaladı. Bu fərmana görə, qaz təminatı olmadığından bizim elektrik enerjisi köhnə qaydalar ilə təmin olunmalıdır. Xəstə, az yazşlı uşaqlara baxmayaraq, Goranboy rayon Elektrik Şəbəkəsinin rəhbərliyi gəlib, işığımızı kəsib. Özü də bunu Xocalı faciəsinin ildönümündə etdilər. Azərbaycan hökuməti bizi vətəndaş yerinə qoymursa, açıq söyləsinlər. İllərdir ki, fermada acınacaqlı durumda yaşayırıq. Burada doğulan övladlarımız isti mənzili, normal həyatı tərzini ancaq xəyallarında görür. Vətəndaşa qarşı amansızlıq, heç bir dəyərə sığmır. Zəhmət çəkib, qazla təmin etsinlər, sonra yenə də borcumuz yaranarsa işığımızı kəssinlər. Amma qaz yoxdursa, biz təkcə elektirin ümidinə qalmalıyıq. Başqa çarəmiz də yoxdur”.
Köçkünlər onu da bildirib ki, məsələ ilə bağlı nümayəndələri Taryel İbrahimiov Bakıda Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində olub. Ancaq komitədən problemi araşdıracaqlarını desəllər də faktiki elektirik enerjisinin bərpası təmin olunmayıb.
KİV vasitəsilə ölkə rəhbərinə müraciət edən kəlbəcərlilər ondan kömək istəyirlər.

(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam