Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Füzulili məcburi köçkünlər Prezidentin Fərmanını müsbət qarşılayırlar -FOTOLAR

 Füzulili məcburi köçkünlər Prezidentin Fərmanını müsbət qarşılayırlar -

 

Prezident cənab İlham Əliyevin Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi füzulili məcburi köçkünlər tərəfindən də müsbət qarşılanıb.

Xeberinfo.com:  Füzulili məcburi köçkünlər ölkə başçısının məlum Fərmanını onların sosial-müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addım kimi dəyərləndirirlər.

Bildirirlər ki, məcburi köçkünlər üçün yeməkxərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsi ədalətli addımdır. Belə ki, artıq bundan sonar məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək 36 manat vəsaiti özləri istədikləri formada istifadə edəcəklər.  Hər bir məcburi köçkün ailəsi özü hesablayacaq ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək. Bununla da bu sahədə illərdir mövcud olan söz-söhbətə də son qoyulacaq, şəfaflıq təmin olunacaqdır. Ən əsası isə işıq, qaz sudan istifadədə israfçılığa yol verilməyəcək, qənaət məsələsi yaranacaqdır.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlər üçün salınan Qayıdış və Zobucuq qəsəbələrində vətəndaşlarla görüşərək Prezident cənab İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Fərmanı barədə danışıb, bunu ölkə başçısının məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi qiymətləndirib. Bildirib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlər isə ölkə başçısının xüsisi diqqət yetirdiyi insanlardır.

Məcburi köçkünlərə elektrik enerjisi, qaz və sudan istifadədə israfçılığa yol verməməyi, qənaət etməyi tövsiyyə edən Alı Alıyev rayon sakinlərini ölkə başçısı tərəfindən müəyyənləşdirilən vəsaitdən səmərəli istifadə etməyə çağırıb.

 

 Füzulili məcburi köçkünlər də göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Füzulili məcburi köçkünlər Prezidentin Fərmanını müsbət qarşılayırlar -
Füzulili məcburi köçkünlər Prezidentin Fərmanını müsbət qarşılayırlar -
Füzulili məcburi köçkünlər Prezidentin Fərmanını müsbət qarşılayırlar -
Füzulili məcburi köçkünlər Prezidentin Fərmanını müsbət qarşılayırlar -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam