Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Füzuli ictimaiyyəti Prezidentin bu fərmanını da sevinclə qarşıladı -FOTOLAR

Füzuli ictimaiyyəti Prezidentin bu fərmanını da sevinclə qarşıladı -

 

         Bu məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım oldu

 

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.

 

Xeberinfo.com:  Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı müzakirə olunmuşdur.

Alı Alıyev  bildirib ki, Prezident cənab İlham Əliyevin məcburi köçkünlərə vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanını onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addımdır. Yemək xərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsini ədalətli addım adlandıran Alı Alıyev bildirib ki, bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək 36 manat vəsaiti özləri istədikləri formada istifadə edəcəklər. Yəni hər bir məcburi köçkün ailəsi özü hesablayacaq ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək.

Alı Alıyev bildirib ki, bununla da işıq, qaz və sudan istifadədə israfçılığa yol verilməyəcək, qənaət məsələsi yaranacaqdır.

Çıxış edənlər məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Fərmanını məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi dəyərləndiriblər.

Füzuli ictimaiyyəti Prezidentin bu fərmanını da sevinclə qarşıladı -
Füzuli ictimaiyyəti Prezidentin bu fərmanını da sevinclə qarşıladı -
Füzuli ictimaiyyəti Prezidentin bu fərmanını da sevinclə qarşıladı -
Füzuli ictimaiyyəti Prezidentin bu fərmanını da sevinclə qarşıladı -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam