Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daşkəsəndə pritonu kim qoruyur?

 

Daşkəsəndə əxlaqsızlıq yuvasının fəaliyyətini yenidən bərpa etdiyi barədə xəbərlər yayılıb

Xeberinfo.com:   Politika.Az-a daxil olan məlumata görə, rayonun Bayan kəndində bir müddət əvvəl qapadılan priton təzədən işinə başlayıb. 

İcra başçısı Əhəd Abıyevin məsələyə əl qoymasından sonra fəaliyyəti dayandırılan fahişəxana hazırda işini davam etdirir. Kənd camaatının ciddi narazılığı ilə qarşılanan bu hadisə barədə artıq hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Eyni zamanda icra başçısı Ə.Abıyevə müraciət olunaraq Bayan kəndinin adına ləkə gətirən məntəqənin bağlanılması xahiş olunub. 

İddia edilir ki, daha əvvəl bağlanan obyektin yenidən açılmasında hansısa maraqlı güclərin əli var. Belə ki, Bayan kəndində sözügedən yerin işləməsini istəyən və himayə edənlər var. Kənd sakinləri isə belə bir halın onlar üçün utancverici olduğunu bildiriblər. 

Mənbənin açıqladığı qeydlərə görə, kənddə yerləşən pritonda intim xidmət göstərənlər Daşkəsənə kənardan gətirilir. Habelə, həmin obyektə gələn müştərilərin əksəriyyətini də qonşu bölgələrdən olanlar təşkil edir. Bu da rayonda ciddi narazılığa səbəb olub. 

Ə.Abıyevə üz tutan daşkəsənlilər xahiş edirlər ki, icra başçısı bu məsələyə son qoysun. Onların sözlərinə görə, rayonun rəhbəri polis rəisinə zəng edərək problemi kökündə həll edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam