Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının "dam örtüyü" əməliyyatı

 

Daşkəsəndə dam örtüyü fəlakəti rayon rəhbərliyinin korrupsiyasını növbəti dəfə faş etdi.

 

Xeberinfo.com:   Məlumata görə, yanvarın 19-da rayonun çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə ziyan dəyməsi görülən işlərin hansı səviyyədə olduğunu nümayiş etdirdi.

İcra başçısı Əhəd Abıyevin tələm-tələsik şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasına baş çəkməsi də onun əməllərini ört-basdır edə bilmədi. Belə ki, icra başçısının dam örtüyü ilə bağlı korrupsiyayayol verməsi haqda daha əvvəl yazılanlar əyani şəkildə təsdiqləndi.

 

Məlumata görə, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”.

 

Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”.

 

Bu barədə pia.az da yazmışdı. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib.

 

Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. 

 

Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.

 

Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

 

 

 

Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam