Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Eyvaz Hüseynov orta kənd məktəbini niyə bağladı?

 

Xocavənd İcra Hakimiyyəti 125 illik Tuğ kənd orta məktəbini bağlayıb

Kənd sakinləri övladlarının təhsildən məhrum olduqlarını bildirirlər

Əliağa Həsənli: “İcra başçısı Eyvaz Hüseynovun bu işdə xüsusi marağı var”

"Xeberinfo.com":  Xocavənd rayonundakı Tuğ kəndinin sakinləri narazıdırlar. Buna səbəb 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunan Tuğ kənd orta məktəbinin bağlanması və əvəzində başqa yerdə tikilən orta məktəbin fəaliyyətə hələ də başlamamasıdır. Bu kəndin uşaqları neçə aylardır ki, təhsildən kənarda qalıblar. 

Kənd sakinlərinin şikayətlərini yuxarı orqanlara çatdırmaq üçün redaksiyamızdan kömək istəyən Tuğ kənd sakini Həsənli Əliağa Dadaş oğlu bu barədə musavat.com-a məlumat verib. Şikayətçi baş verən hadisələrin səbəbkarı kimi Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovu göstərib: “Kənddə problemlər çoxdan başlayıb. Onu qeyd edim ki, Tuğ kənd orta məktəbinin 125 illiyi dövlət səviyyəsində qeyd olunub. Bu barədə prezidentin sərəncamı var. Rayonda geniş şəkildə tədbir keçirilib. Kənddə sakinlər 1992-ci ildən etibarən yaşamağa başlayıblar. Hazırda kəndə qaz və yol çəkilib. Qəbiristanlıq salınıb. İndi bu camaatı yerləşdirmək əvəzinə, qaçqınlar üçün Haramı düzündə yeni bir qəsəbə salındı, məktəb tikildi. İcra başçısı Eyvaz Hüseynovun bu işdə xüsusi marağı var. Təsəvvür edirsiniz ki, hələ də məktəbin açılışı olmayıb. Tuğ kənd orta məktəbi isə artıq çoxdan bağlanıb. Bütün bunlara görə etiraz aksiyası da keçirdik. Məcburi qaydada açarı alıb, məktəbə girdik. İcra başçısının məqsədi öz kəndinin adına məktəb açmaq və sakinləri də həmin əraziyə yerləşdirməkdir. Halbuki 125 illik tarixi və adət-ənənəsi olan bir məktəb var. Eyvaz Hüseynov əvvəlcədən kənddə parçalanma siyasəti yeridib. 20 ildən çoxdur ki, Tuğ sakinləri orada yaşayırlar. Cavan ailələr var. İndi onlar hara getməlidirlər? Təzə tikilən məktəb Haramı düzündə yerləşir. Kənd yerində avtobus yoxdur. Hər gün taksi tutub, uşaqları məktəbə aparmalıyıq. Camaatı rəsmən iki hissəyə parçalayıblar. Əhali bundan narazıdır. Bütün mətbuat orqanlarından xahiş edirəm ki, ora müxbir göndərsinlər. Maraqlanılsa, çox şey üzə çıxacaq. Hər kəsin öz problemi var. Bundan sonra necə olacaq, heç özümüz də bilmirik. Diqqətdənkənar uzaq ərazi olduğuna görə insanlara zülm edirlər”.

Şikayətçi yaranan problemlərlə bağlı dəfələrlə rayon rəhbərliyinə müraciət etdiklərini, lakin şikayətlərinin nəticəsiz qaldığını da qeyd etdi: “Rayon rəhbərliyini neçə dəfə kəndə dəvət etmişik. Amma gəlməyiblər. Görüşdən, müsahibə verməkdən qaçırlar. Müəllimlər yeni məktəbdə təzyiq gücünə oturub, dərs keçirlər. Çox acınacaqlı vəziyyətlə üz-üzə qalmışıq. Rayon rəhbərliyi isə, heç nə olmamış kimi susur. 125 il yaşı olan məktəb isə bağlandı və avadanlıqları yeni tikilən məktəbə köçürüldü. Hətta Əli Həsənov belə, Tuğ kənd orta məktəbinin 125 illiyində iştirak etmişdi. Kənd sakinləri indi məcburiyyət qarşısında qalıb, hər gün övladlarını taksi ilə məktəbə aparıb, gətirirlər. Tuğ kənd orta məktəbinin məzunları hazırda yüksək vəzifələrdə çalışırlar. Onlara müraciət edirik. Bizə kömək olsunlar. Camaatımız abırlarını gözləyirlər. Rayon rəhbərliyi isə, bundan sui-istifadə edir. İcra Hakimiyyətində Tuğdan işləyən şəxslər var. Vəzifələrinə görə susurlar. İcra Hakimiyyətinin kəndə ögey münasibəti var. Bu problemlər həll olmasa, yenidən aksiya keçirəcəyik. Rayon rəhbərliyini baş verənlərə biganə qalmamağa çağırırıq. Təhsil Nazirliyi bu məsələyə təcili münasibət bildirməlidir”.

İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam