Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pambıq, barama və taxılçılığa həsr olunan müşavirə keçirildi///Füzulidə - fotolar

 Füzulidə pambıq, barama və taxılçılığa həsr olunan müşavirə keçirildi

Yenixeber.org: Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun bu sahələrin hesabına təmin olunması barədə verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatlarının, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd təsərrüfatı üzrə mütəxəssislərin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, yeni iqtisadi mərhələdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq və baramaçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.
Alı Alıyev müşavirə iştirakçılarına pambıq istehsalında məhsuldarlığın arıtılması ilə bağlı ciddi tapşırıqlar verib. Bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma optimal müddətdə aparılmalıdır.
Müşavirədə rayonda ipəkqurdunun vəziyyəti, ipəkqurdu saxlayan kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Tapşırılıb ki, ipəkqurdu saxlayan kümçülərlə mütəmadi olaraq görüşlər keçirilsin, barama saxlanılan yerlərə baxış keçirilsin, onlara əməli dəstək göstərilsin.
Müşavirədə həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıq, taxıl biçən kombaynların vəziyyəti, taxıl biçinin qısa müddətdə və itkisiz başa çatdırlması ilə bağlı fikir mübadiləsi aparılıb.

     

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam