Amerikalı milyarder və xeyriyyəçi Bill Geyts dünyanın COVİD-19 pandemiyasından qurtulması üçün atılacaq addımlar barədə yazıb.
Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, o təkliflərini özünün şəxsi bloqu vasitəsilə çatdırıb.
Bill Geytsin sözlərinə görə, dünyada hazırda mövcud olan situasiyanı yalnız dünya müharibəsi ilə müqayisə etmək olar.
“Pandemiya bütün bəşəriyyəti patogenə qarşı mübarizədə birləşdirib. Bu hamının eyni tərəfdə vuruşduğu dünya müharibəsinə bənzəyir”,-deyə o yazıb.
B.Geytsin sözlərinə görə, II dünya müharibəsində radarlar, torpedolar və kriptoqrafiya kimi bir çox innovasiyalar savaşın planlaşdırılan vaxtdan daha tez bitməsinə yardım edib. Biznesmenin fikrincə, koronavirusla bağlı da eyni taktika yürüdülməlidir.
Bill Geyts pandemiya ilə mübarizədə diqqət ayrılacaq sahələri də açıqlayıb.
İlk olaraq tezliklə “COVİD-19” əleyhinə ən təsirli dərman tapılmalıdır.
Xeyriyyəçi iş adamı bununla əlaqədar koronavirusdan sağalan xəstələrin qanlarının plazmalarından, habelə digər preparatların potensialından istifadə olunnmasının vacbliyini vurğulayıb.
İkincisi dünya əhalisinin əksəriyyətini müdafiə edə biləcək peyvəndin hazırlanmasıdır. Bll Geyts bununla belə, bu cür peyvəndin kütləvi bazara çıxarılmasının 5 il çəkəcəyini etiraf edib.
Üçüncüsü kornavirusla bağlı maksimal səmərə verə biləcək və nəticələri bir sutka ərzində bəlli olacaq analiz sisteminin yaradılmasıdır.
Amerikalı milyarderin fikrincə, yoluxan insanların başqaları ilə təmaslarının izlənilməsi metodu da ən effektli preventiv tədbirlərdən biridir. Bunun üçün “COVİD-müsbət” nəticə çıxmış şəxslə kontaktda olanlar maksimal dərəcədə dərhal təcrid edilməli və analizlərin verilməsində ilk sıraya yerləşdirilməlidirlər.
“Microsoft”un keçmiş sahibi bunun üçün yoluxan insanın şəxsi təmasları barədə müfəssəl məlumat verdiyi Almaniyanı örnək gətirib. Burada həmin adamın adını çəkdiyi isimlər dərhal məlumat bazasına daxil edilir və beləliklə, xəstəliyin yayılma istiqamətləri öncədən müəyyən edilərək qarşısı kəsilir.
Bill Geyts əksər inkişaf etmiş ölkələrin yaxın iki ay ərzində pandemiyanın ikinci mərhələrinə keçəcəyini proqnozlaşdırıb. Bu zamanda situasiya tədricən normal vəziyyətinə geri dönəcək.
Bu o, deməkdir ki, insanlar tez-tez olmasa da küçəyə çıxa biləcəklər, lakin kütləvi toplantı olan yerlərə getməyəcəklər. Restoranlar açılsa da, masalar arasındakı məsafə böyüyəcək. Təyyarə reysləri bərpa olunsa da, artıq üç nəfərlik orturacaqlarda orta yer boş qalacaq. Məktəblər açılsa da, bir neçə on minin toplaşacağı konsert, futbol matçları kimi tədbirlərə icazə verilməyəcək.(musavat)