Doğrudanmı, talanların arxasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Departament rəisi dayanır?

               Şikayətçi od püsgürdü – 100 hektarlarla meşə sahəsi məhv edilir.

Bir neçə gün öncə, 2019-ci il dekabr ayının 23-də cenubxeberleri.com saytının redaksiyasına bir şikayətçi gəlmişdi –Cəlilabad rayonun Soyuqbulaq kəndindən, 40 yaşlı, orta-ixtisaslı müəllimi Sadıxov Mirxas Museyib oğlu.

Mirxas Sadıqovun bildirdiyinə görə,

Cəlilabaddakı Cəlilabad – Göytəpə meşəbəylikləri (22) açıq-aşkar talançılıqla məşğuldur.

                    “Konkret faktlar söyləyim.

Burada, yəni Cəlilabadda 18 min hektara yaxın meşə sahəsi var. Hazırda həmin meşə sahələrinin ən yaxşı halda 30-40 faizi qalıb.

Məsələn, 3 saylı meşə dolayı yerli-dibli yoxdur. Guya 800 hektar meşə sahəsi olan bu zolağın ağacı olmasa da, gözətçisi var və bu şəxs olmayan meşəyə görə əmək haqq alır, meşə sahələrinin çoxunda ağac olmadığı üçün çəpərləyib, hektarı 100 manatdan qeyri-rəsmi otlaq yeri kimi icarəyə verilir. Bu isə təkcə bir dolayda 30-40 min manat pul edir”.

                               170 , ya 500 hektar məsələsi

Şikayətçinin bildirdiyinə görə 3 saylı dolay, əkilmiş meşə kimi sənədləşdirib. Əkilən ağaclar da əsasən qoz, fındıq, palıd, ağcaqayın, görüş və palıd ağaclarıdır. Bu ağacları salamat halda 2018-ci ildə Masallıda regional idarənin müdiri olmuş Fizuli Baxışov onun yerinə təyin olunmuş Şahin Cəfərova təhvil verib. Şahin Cəfərov bu idarəyə rəhbərlik edən zaman həmin ağacların qorunması və becərilməsi üçün ayrılan vəsaiti mənimsəyib və nəticədə meşəbaxımsızlıqdan məhv olub.

Rəsmiyyətə 170 hektar kimi düşsə də, ümumilikdə isə 500 hektardan artıq meşə sahəsi məhv edilib. Yəni, bu 500 hektarda 30 hektar palıd, 100 hektar qoz, 30 hektar fındıq, 40 hektar nar və digər meyvə ağacları məhv edilib. Faktiki olaraq həmin 500 hektar meşə sahəsi talan olunub.

Yuxarıda dediyim 500 hektar, olmayan meşəni isə Şahin Cəfərov idarənin müdir müavini Ümid Babayevin iştirakı ilə verib Masallı regional idarənin hazırkı müdir əvəzi Mustafa Əhmədova. Mustafa müəllimi də nazirlik ona görə bura yollamışdı ki, regional idarədə qayda yaratsın, o daha da bərbad günə qoydu. Onunla bağlı o qədər utancverici əhvalatlar var ki, adam yazmağa utanır.

                                      Olmayan meşələr üçün yeyilən pullar

Bu olmayan meşələr üçün hər il ən azı 10 min manat pul xərclənir. Meşəbəyi, 10-15 fəhlə, yanacaq xərci, ağaclara texniki qulluqvə sair adı ilə pullar silinir. Ağacı tanımayan onlarla mövsümü fəhləyə yazılan saxta əmək haqları və s.

Hələ bu azmış kimi hər il adı olub, özüüü olmayan bu olmayan işçilər üçün mükafat ayrılır. Təkcə 4-cü rüb üçün 30 min mükafat ayrılıb. (!!!)

                                Şahin Cəfərov haqqında ayrıca söhbət açaq

Şikayətçi deyir ki, bu adam Cəlilabadda meşə idarəsində müdir işlədiyi zaman 27 min manat yeyintiyə yol verib. Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin qərarı ilə işdənçıxarılıb. Mənim şikayətim əsasında nazirliyin 9 işçisi gəlib burada yoxlama apardı. Yoxlama zamanı saxta sənədlər, kartlar və sair tutuldu, olmayan, silinmiş texnikaya yazılan yanacaq, ehtiyat hissələri və saxta yolla silinmiş digər pullar aşkarlandı. Yalançı aktlar tərtib edib, sonra gizlədiblər. Nazirlik ona 27 min manat cərimə kəsdi. Mən bilən hələ də ödəməyib.

Onu cəzalandırmaq əvəzinə sonradan Regional Masallı , buranı da dağıtdıqdan sonra Regional Lənkəran Meşə idarəsinə rəhbər təyin etdilər.

Qısası, onun və onu əvəz edənlərin, havadarlarının nöqsanlarının, saxtakarlığının, yeyintilərnin ucu-bucağı görünmür.

                                   “Diri ağacları” necə öıdürürlər?

Mən az əvvəl “ölü ağaclardan” qazanılan pullardan danışdım. İndi isə “diri ağaclara”tutulan divandan danışmaq istəyirəm.

Hər gün Cəlilabad və Masallı meşələrində 100-dən artıq iri gövdəli ağac qırılır. 11-12 saylı olaylarda bilərəkdən ağacların kökün yandırır, sonra da həmin ağac yıxırlar.

Masallıda 120 ədəd qeydiyyatdan keçmiş mebel sexi var.

Həmin ağaclar bu sexlərdə hazırlanacaq mebellerin boyuna uyğun olaraq elə meşədə kəsilir.

Haralara, kimlərə şikayət etməmişəm?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 100-dən artıq ərizə, teleqram yollamışam. 20 dəfədən artıq yoxlamalar gəlib. Ortaya faktlar qoymuşam.


Heç birini inkar edə bilməyiblər. Vicdanlı yoxlama aparmayıblar. Məcbur olub təkrar şikayət etmişəm.

Son yoxlama bir neçə gün əvvəl olub.Regional ətraf mühitin mühafizəsi İdarəsindən Məhyəddin Balayev gəlmişdi. Ona 11, 12, 13, 14, 18 saylı Göytəpə, 9 saylı Cəlilabad meşə əkin sahillərini göstərdim. Nöqsanlar göz deşirdi. Meşədə ağac yox idi, 6 yaşlı ağcaqayın, palıd bağı tamamilə məhv edilmişdi. Ətraf mühitin qorunması və mühafizəsi idarəsinin təmsilçisi nöqsanları aktlaşdırmaq əvəzinə yoxlama yerindən qaçdı.

Bu işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Ağaqardaş Qaraşov himayədarlıq edir.

Masallının Böyük Xocavar kəndindən tutulan meşə materiallardan bir neçə sahibinin onun yaxın dostu və qohumudur.

Ölkə başçısının birinci xanımı – cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın tapşırığı ilə ölkənin hər yerində ağacəkmə kompaniyası keçirilir. Masallıda da minlərlə ağac əkildi. Bunlar isə kütləvi şəkildə ağacları, hətta tingləri məhv edir.Heç yeni əkilmiş tingləri layiqincə qorumurlar.

Yayılan məlumatlara görə meşələrdən bir neçə hektar sahədə xüsusi becərmə ilə narkotik yetişdirilir. Bu barədə ölkə televiziyalarında da deyilib. 8-ci olayda bir neçə dəfə narkotik tutulub. Hətta eşitdiyimə görə Departament rəisinin qardaşı külli miqdarda narkotiklə həbsdədir. Meşələri becərmək əvəzinə narkotik bitkiləribecərirlər.

Açıq deyirəm – mən meşəni talan edənlərləmübarizəmi dayandırmayacağam. Nə qədər təzyiqlər, vədlər olsa da yolumdan dönməyəcəyəm.

Redaksiyadan. Yazı çapa hazırlanan ərəfədə bəlli oldu ki, 22 dekabrda Böyük Xocavarda tutulan bir neçə maşın meşə materialı 50 kub.m olsa da, 17 kub.m kimi sənədləşdiriblər ki, cinayət tərkibli olmasın.

Qarşı tərəfin fikrini öyrənmək üçün Masallıdakı regional idarənin müdir əvəzi Mustafa müəllimlə də görüşdük. O yazılanların böhtan olduğunu bildirməklə yanaşı detallı məlumat üçün nazirliyin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət bildirdi. Biz də Ekologiya və Təbii Sərvətlər nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə xanıma zəng etdik. 10- dəqiqədən artıq telefon söhbətimiz oldu. Öncə dedi ki, yazın, nümayəndəmiz gəlsin, birlikdə araşdırın. Dedik, biz razı. Elə Masallı Regional Meşə İdarəsinin müdiri Mustafa müəllim sizin buradakı nümayəndənizdir. Ona tapşırın, birlikdə gedib, şikayətçi ilə yerində araşdıraq. Bu yazını da onun elektron poçtuna yolladıq. Bir qədərdən sonra mesaj yazdı ki, bizim nümayəndələr orada olub, yoxlamalar aparıb, nəticəsini sizə bildirəcəyik. 2 gün gözlədikk Cavab gəlmədi. Dekabrın 27-də nahara yaxın zəng vurduq ki, nəticəni öyrənək. Telefon xeyli zəng çalandan sonra telefonu açıb bildirdi ki, özüm sizə zəng vuracağam. 1 saatdan 2 kiçik mesaj yolladı –“nazirliyin əməkdaşları yoxlama aparıb, yazılanlar təsdiqini tapmayıb”.

Lakin şikayətçi təkidlə israr edir ki, yazdıqları düzdür. Hər an, hər yerdə sübut edə bilər. “Yalan yazıramsa, versinlər məhkəməyə”

Meşələrdəki dağıntılarla bağlı şikayətlərin isə ardı-arası kəsilmir.

Zahir Əmənov.

R.S. Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini də həmişə işıqlandırmağa hazırıq.

Onu da xatırladaq ki, yazılanlar şikayətçinin şəxsi fikirlərdir.

Cenubxeberleri.com