Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -Fotolar

 

Azərbaycanda illərdir meşələrin qırılması ilə problemlər aradan qalxmır

Yenixeber.org: Mütəxəsislər bildirirlər ki, meşələrin qanunsuz qırılmasının qarşısı vaxtında alınmazsa, respublikamız ağır ekoloji fəlakətlər, eroziya proseslərinin genişlənməsi, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər. Odur ki, meşə təsərrüfatının problemləri və onun həlli sahəsində əsas istiqamətlərə diqqəti artırmaq lazımdır.

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sona qurumda aparılan islahatlar çərçivəsində meşə ərazilərinə nəzarəti xeyli gücləndirilib. Məhz ekologiya müfəttişlərinin ayıq-sayıqlığı nəticəsində meşələrdəki yaşıl soyqırımların bir hissəsinin qarşısı alınır. Ancaq görülən tədbirlər hələ ki, lazımı nəticələri vermir. Çünki meşə ərazilərinə nəzarət sisteminin gücləndirilməsinə baxmayaraq, yenə də ETSN-nin bəzi işçiləri gizli şəkildə ağac biznesi və sair qanunsuz işlərlə məşğul olurlar.

AzFakt.com-a daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatının nəzarətində olan meşələrdəki ağaclar tez-tez qırılır, torpaq sahələri isə istismar edilərək qanunsuz şəkildə satılır.

Qeyd edək ki, Masallı Regional Meşə Təsərrüfatı Masallı, Yardımlı və Cəlilabad rayonlarına nəzarət edir. Saytımıza verilən məlumatda bildirilir ki, adıçəkilən rayonların meşə sahələrində baş verən bütün qanunsuz əməllərin himayəçisi Masallı Regional Meşə Təsərrüfatı diektoru Şahin Cəfərovdur.

Direktor müəsissənin mühəndisi Abturab Bağırovun əli ilə ağac kəsimindən tutmuş torpaq biznesinə kimi qanunsuz işlərlə məşğuldur. Vətəndaşların şikayətlərində qeyd edilir ki, bu gün Masallı, Yardımlı, Cəlilabad rayonlarındakı meşə sahələrinin əksəriyyəti ya heyvandarlıq təsərüfatları üçün otlaqlara, ya da gizli əkin sahələrinə çevrilib. Meşə sahələrini zəbt edənlər isə həmişəki kimi imkanlı sahibkarlardır. Məhz onlar Masallı Regional Meşə Təsərrüfatı direktoru Şahin Cəfəovla anlaşaraq sakit halda işlərini həyata keçirirlər.

 

Son illər adıçəkilən rayonların yolkənarı meşələrində ən çox artan kiçik kafelər və avtoyuma obyektləridir desək, heç də yanılmarıq. Rayon sakinləri bildirirlər ki, Şahin Cəfərovla Abturab Bağırov kafe və avtoyuma mıntəqələrindən böyük qazanc əldə edilər. Masallı rayon ərazisində isə bir neçə gizli sexin olduğunu hər kəs bilir. İllərdir gizli şəkildə fəaliyyət göstərən bu sexlər yenə də işlərini davam etdirilər. Çünki hər zaman onlara kömək edəcək biriləri - Şahin Cəfərov və Abturap Bağırovlar tapılır.

Bildirək ki, Masallı Regional Meşə Təsərrüfatında mühəndis işləyən Abturab Bağırov bir vaxtlar məhz ağacların qırılmasına görə 308.1 maddəsi ilə cinayət işi açılaraq təqsirləndirilib. Ancaq o bu cəzadan nəticə çıxarmayaraq, köhnə işini davam etdirməkdədir. Görünür mühəndis Abturab Bağırovun yeni himayədarı Şahin Cəfərov daha məmurdur. Dəfələrlə Masallı Regionla Meşə Təsərrüfatı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər olunsada Şahin Cəfərov və Abturab Bağırovla bağlı hər hansı bir tədbir görülməyib.

pia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam