Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

 İqbal Ağazadənin qardaşından və məhkəmələrdən Prezidentə şikayət -“KAZIMZADƏ İLƏ AĞAZADƏNİN “PUL DAVASININ” QURBANLARIYIQ”

 

4bin

Son illər ölkədə müxtəlif yollara əmlakları əllərindən alınan vətəndaşların sayının artması müşahdə olunmaqdadır. Bəzən sifarişlə qərarlar çıxaran, haqlını deyil, pullunu müdafiə edən məhkəmələrdə hüquqlarını bərpa edə bilməyən vətəndaşlar son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalırlar.

Yenixeber.org: Elə şikayətlərinin bir surətini redaksiyamıza təqdim edən daha bir qrup vətəndaş da bu səbəbdən ölkə Prezidentindən kömək istəyir.

Surəti eyni zamanda Prezidentin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova,  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə göndərlən müraciəti müxtəlif ünvanlarda qeydiyyatda olan bir qrup vətəndaş -  Qasımov Etibar Qilbalı oğlu, Məmmədova Xəyalə Fərman qızı, Məmmədov Səxavət Əli oğlu,  Zeynalov Saday Əlmərdan oğlu, Rüstəmov Mustafa Rüstəm oğlu, İsmayılov Yasin Muxtər oğlu, Hacıyev Fəhri Ramiz oğlu və Qocayev Ayxan Əli oğlu imzalayıblar.

Müraciətlə bağlı məlumat verməzdən öncə qeyd edək ki, adıçəkilən şəxslər 2006-cı ildə Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən obyekt alıblar. Həmin bina müğənni Aygün Kazımovanın hazırda həbsdə olan qardaşı Kazım Kazımzadənin şirkəti tərəfindən inşa olunub. Binadakı eyni mənzilləri müxtəlif şəxslərə satan Kazım Kazımzadə vətəndaşları aldatmaq üçün tikinti şirkətinin də adını bir neçə dəfə dəyişib.

Tikintini aparan şirkətin adı dəyişsə də, yuxarıda adlarını qeyd etdiyimiz vətəndaşlar Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən aldıqları obyektlərin tam haqqını ödəyiblər. Hətta bəziləri həmin obyektləri təmir edərək, işə də salıblar.

iqbal

Ancaq günlərin bir günü – 2012-ci ilin əvəllərində Ümid partiyasının sədri, o vaxt deputat olan İqbal Ağazadənin qardaşı İlqar Ağazadənin adamları peyda olub və tələb ediblər ki, obyektlər boşaldılsın. 

İlqar Ağazadə bu iddiasını həbs edilən Kazım Kazımovun ona borclu olması ilə izah edib. 

Belə ki, beton zavodu olan İ.Ağazadə həmin binanın bir neçə mərtəbəsinin tikilməsi üçün tikinti şirkətinə beton verib. Haqqı ödənilməyən həmin betonun müqabilində İlqar Ağazadə binadan mənzil götürmək fikrinə düşüb. Lakin mənzillər bir neçə şəxsə satıldığından, borcun müqabilində zəbt etmək üçün mülk tapmaq mümkün olmayıb. Belə olduqda İlqar Ağazadə çarəni birinci mərtəbədə yerləşən obyektləri ələ keçirməkdə görüb. Nəticədə, qardaşı İqbal Ağazadənin o vaxtkı imkanlarından yararlanmaq, vəkilləri və hüquqşünas yaxınlarını bu işə cəlb etməklə, obyektləri özününküləşdirməyə nail olub. 

Şikayətçilərin sözlərinə görə, bu, İlqar Ağazadənin ilk belə işi olmayıb. Bundan əvvəl də həmin iş adamı bir sıra yerlərdə bənzər taktikalardan istifadə edərək, başqalarının mülkiyyətini öz adına keçirib.

Obyekt sahiblərinin sözlərinə görə, ümumi sahəsi 852 kv.m olan ərazi üçün hər biri kvadrat metrinə 841 manatdan pul ödəyiblər. Ancaq İlqar Ağazadə obyektləri zorla ələ keçirəndən sonra özəlləşdirmək üçün məhkəmədən də öz xeyrinə qərar çıxartdırıb. Məhkəmənin qərarı ilə guya hərrac təşkil olunub və obyektlərin kvatrat metrinin qiyməti 500 manat müəyyənləşdirilib. Borcun məbləği və borca görə cərimə “hesablanaraq”, bir nəfər vəzifəli şəxsin obyekti istisna olmaqla, qalanları İlqar Ağazədənin mülkiyyətinə verilib. Yəni, məhkəmədə binanın birinci mərtəbəsinin kvatrat metrinin hərrac qiyməti və borcun həcmi elə tənzimlənib ki, bütün obyektlər İlqar Ağazadəyə verilə bilsin.

teleqraf.com1413186891teleqraf.com14109609401382688554_0001

Qeyd edək ki,  İlqar Ağazadə Kazım Kazımzadənin ona 335 117 manat borcu olduğunu iddia edərək, bundan əlavə 1 milyon 32 min 608 manat da cərimə tutulmasının, bunun əvəzi olaraq binadan ona pay verilməsini tələb edib. Məhkəmə isə bir az “insaflı” davranaraq, 335 117 manat borca görə elə o qədər də, yəni 335 117 manat da cərimə hesablayıb. Kazım Kazımzadə İlqara cəmi 56 min borcunun qaldığını desə də, onun söylədiklərinə əhəmiyyət verən olmayıb. Ümumilikdə Kazım Kazımzadənin İlqar Ağazadəyə 670 min 254 manat borcu olduğuna “qərar verib” və bunun əvəzi olaraq da vətəndaşların qanuni mülkiyyətinə “əl qoyublar”.

Beləliklə, Kazım Kazımzadədən vətəndaşların qanuni şəkildə aldığı obyektlər məhkəmə yolu ilə İlqar Ağazadəyə verilib. Hansı ki, yuxarıda adları çəkilən vətəndaşlar o obyektlərin alınmasına külli miqdarda vəsait ödəyiblər və əllərində bunu təsdiq edən sənədlər var – maliyyə arayışları və müqavilələr. 

Məsələn, hüququ pozulanlardan Etibar Qasımov 16 noyabr 2006-cı il tarixində sözügedən yaşayış binasının I mərtəbəsində ümumi sahəsi 235.12 kv.m olan obyekt sifariş verib. Binanı inşa edən şirkətilə 180 nömrəli müqavilə imzalayaraq, 197.954 manat olan ümumi məbləğin hardasa 90%-ni (180.954 manat) bəribaşdan ödəyib. Yerdə qalan 17 min manat isə 2014-cü il 27 mart tarixində verilib. Şikayətçinin təqdim etdiyi sənədlər və maliyyə arayışları da, bu faktı təsdiqləyir.

Digər şikayətçi – Məmmədova Xəyalə Fərman qızına isə binanın I mərtəbəsindən 75 kv.m-lik qeyri-yaşayış sahəsi satılıb. 17. 07. 2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, sifariş verilən bu obyektin də dəyəri tam ödənilib və bunu verilmiş maliyyə arayışları da sübut edir.

sexavet-m

Bir başqa şikayətçi – Məmmədov Səxavət Əli oğlu da mətbuata açıqlamasında bildirib ki, həmin binanın I mərtəbəsində 50 kv.m sahəsi olan obyekt alıb və pulunu tam ödəyib. Eyni şəkildə başqa şikayətçilərin də əllərindəki sənədlər həmin binanın birinci mərtəbəsindəki obyektin mülkiyyətçisinin onlar olduqlarını sübut edir.

Vətəndaşların obyektini ələ keçirmək üçün isə binanın zirzəmisinin olmamasından istifadə edilib. Belə ki, bir mənzili bir neçə nəfərə sata bilmək üçün Kazım Kazımzadə incə bir fırıldaq düşünərək, binaya zirzəmi qoymağı “yaddan çıxardıb”. Beləcə, mərtəbələri bəzən zirzəmidən, bəzən birinci mərtəbədən sayaraq, mənzil almağa gələnləri aldadıb. Yəni eyni mərtəbəni gah bir rəqəm aşağı, gah bir rəqəm yuxarı göstərib.

Ancaq Kazım Kazımzadə də sifarişçilərə birinci mərtəbə kimi sırıdığı obyektləri iki şəxsə satmağı ağlına belə gətirməyib. Mütəxəssislər bunun səbəbini qanunvericilikdə zirzəminin satılması kimi halın olmaması ilə əsaslandırırlar. Kazım Kazımzadənin binanı zirzəmisiz tikməsi İlqar Ağazadənin əlinə fürsət verib.  Belə ki, o vaxt hüquq-mühafizə orqanlarında işləyən adamlarının köməkliyi ilə obyekt sahiblərinin mülkiyyətlərini əlindən almağı bacaran İ.Ağazadə, həmin qeyri-yaşayış sahələrini zirzəmi kimi qələmə verib və binanın I mərtəbəsinin yuxarıdada olduğunu bildirir. Ancaq bir mərtəbə yuxarıdakı sahələr isə mənzil kimi başqalarına satılıb və çıxarış alınıb.

2 bin

Şikayətçilərin sözlərinə görə, mübahisəli mərtəbənin istər zirzəmi, istərsə də I mərtəbə sayılmasından asılı olmayaraq, onun İlqar Ağazadəyə heç bir dəxli yoxdur: “Əgər həmin yer zirzəmidirsə, qanunvericiliyə əsasən, bütün bina sakinlərinin ortaq malıdır və qeyri-yaşayış sahəsi kimi başqasına satıla bilməz. Yox, əgər həmin yer I mərtəbədirsə, əlimizdəki sənədlərə görə bizə məxsusdur”.

Qeyd edək ki, İlqar Ağazadənin və hakimin zirzəmi adlandırdığı həmin yer binanın yaxınlığındakı avtomobil yolunundan ən azı 8 metr hündürlükdədir. Bunu mətbuatda dərc olunan şəkillərdən də görmək mümkündür. Pilləkənləri yuxarı qalxdıqca, təbii olaraq bu hündürlük azalsa da, İlqar Ağazadənin “zirzəmi” dediyi həmin yer binanın inşa olunduğu zəmindən 4-5 metr yuxarıya doğru uzanır, hər cəhətiylə I mərtəbəyə daha çox oxşayır. Bunu şəkillərdən də görmək mümkündür.

3bin

Ancaq aşkar görünən bu faktı nə İlqar Ağazadə, nə də işə baxan məhkəmə hakimləri görmək istəmir. Buna görə də, obyektləri zorakılıqla əllərindən alınmış sakinlər son çarə kimi ölkə rəhbərliyinə müraciət ediblər.  “Texniki-Proqress” MMC-nin də qoşulduğu müraciətdə bildirilir:

“Hörmətli Prezident!
Biz yüksək vəzifəli məmurların və sahibkarların bizə heç bir aidiyyəti olmayan “pul davasının” qurbanlarıyıq. Halal pulumuzu toplayıb, yeni tikili binada yer almışdıq. Sonradan binanı inşa etmiş sahibkarı həbs edəndən sonra həmin binaya qarşı məhkəmədə iddia verib, külli miqdarda pul tutublar, daha sonra isə pulun müqabilində bütün binanı (bizim əmlaklar qarışıq) özləri üçün hərracda “alqı-satqı” ediblər. Nəticədə, pulumuz da əmlaklarımız da əldən gedib. Vəzifəli şəxslərin göstərişi ilə hərəkət edən məhkəmələr sadə vətəndaşların düşdüyü acınacaqlı durumu düşünmək istəmir. Bütün işlər yuxarıdan gələn göstərişlə – sifarişlə həll olunur.

Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2015-ci il tarixli qətnaməsi ilə “Texnik-Proqress” MMC-dən 670.254 manat pul tutulmuşdur. İşə baxılan zamanı həmin MMC-nin müdiri həbsdə olub, işdən xəbəri olmayıb. Qərardan verilən şikayətlərə isə (apellyasiya şikayəti) məhkəmələr baxmır, icraata belə qəbul eləmirlər. Çünki işin acınacaqlı durumu hamıya bəllidir, məhkəmə qərarların açıq-aşkar qanunsuzluğu göz qabağındadır. Apellyasiyada baxılsa “iş” ləğv ediləcək.

89e1a25c8833d6360c5ed6b046802e07

Binanı inşa etmiş MMC-nin (“Texniki-Proqress” MMC) direktoru azadlıqdan məhrum edildiyinə görə yeni rəhbərliyi qərardan apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsi baxılması üçün işi Apellyasiyaya göndərdi. Lakin Apellyasiya Məhkəməsində hakim Afaq Nuriyeva işə baxmaqdan imtina etdi və işi geri qaytardı. Birinci instansiya məhkəməsi işi təkrar Apellyasiyaya göndərdi, lakin hakim Afaq Nuriyeva bu dəfə də işə baxmadı və işi geri qaytardı.

Sonda təzyiqlər altında, birinci instansiya məhkəməsi “müddətin buraxılması” adı ilə apellyasiya şikayətini qəbul etməkdən imtina etdi. Məhkəmə yazdı ki, qətnamə rəsmi qaydada verilməsə də, tərəfin bu barədə qeyri-rəsmi xəbəri olub. Həmin qərardan apellyasiya şikayəti verildi və iş yenidən hakim Afaq Nuriyevaya düşdü. Hakimə etirazın nəticəsi olmadı. Qərardan Ali Məhkəməyə şikayət etsək də, Ali Məhkəmə işə baxa bilməyəcəyini, Apellyasiya Məhkəməsinin iş üzrə qərarının qəti olduğu bildirdi.

Apellyasiya şikayətinin qəbul olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayətlər verilib. Yüksək vəzifəli və nüfuzlu dövlət məmurlarının nəzarəti altında olan bu sifarişli iş məhz Konstitusiya Məhkəməsində öz həllini tapa bilər. Əmlak aldığımız binanın keçmiş sahibi Kazım Kazımzadə şirkətinə qarşı pulun tutulması barədə qərarlar çıxarılarkən həbsdə olub, 12 il azadlıqdan məhrum edilib, indi də həbsdədir. Açıq-aşkardır ki, şəraitdən istifadə olunub, qanunsuz qərar verilib. İndi isə işin Apellyasiya Məhkəməsinə çıxmaması üçün “hərracı udanlar və onların himayədarları” bütün təsir vasitələrindən istifadə edirlər.

Hörmətli Prezident!
Xahiş edirik ki, işimizi nəzarətə götürərək, bizə qarşı törədilən bu aşkar qanunsuzluğa son qoyulması, əmlaklarından kütləvi şəkildə məhrum edilmış vətəndaşların işinə şəffaf baxılması, yuxarıdan gələn sifarış və göstərişlərə tabe olmamaq barədə məhkəmə və digər aidiyyəti orqanlara göstəriş verəsiniz”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam